Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə

Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə

05.10.2026 [17:26]

Elməddin Abbasov

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin keçdiyi inkişaf yoluna nəzər salınması və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. 2 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilən qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev geniş nitq söyləyərək partiyanın keçdiyi tarixi yola, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə və müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərə toxunub.

YAP-ın keçdiyi siyasi yol isə müasir Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifələrindən biridir. Partiyanın qələbələrinin başlanğıcının onun təsis qurultayından götürüldüyünü qeyd edən Prezident İlham Əliyev bununla YAP-ın yaranması ilə ölkənin sonrakı siyasi inkişafı arasında tarixi bağlılığı diqqətə çatdırdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan dövlətçilik strategiyası Azərbaycanın sabitliyinin, inkişafının və beynəlxalq nüfuzunun möhkəmlənməsində həlledici rol oynadı. Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirildi və ən böyük nəticələrdən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu baxımdan VIII Qurultay həm keçmişə nəzər salmaq, həm də qarşıdakı hədəfləri müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdışın sürətləndirilməsi, iqtisadi potensialın artırılması və Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndirilməsi yeni mərhələnin əsas istiqamətlərindəndir.

Prezident İlham Əliyev Qurultaydakı çıxışında Ulu Öndərin hakimiyyətə qayıdışının tarixi əhəmiyyətinə də diqqət çəkib. O qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi. Həmin dövrdə ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi və iqtisadi vəziyyət dövlətçiliyin qorunmasını və sabitliyin təmin olunmasını zəruri edirdi. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlət kimi inkişafının yeni mərhələsinin başlanğıcı oldu.

Yeni Azərbaycan Partiyasının yaradılması da həmin tarixi mərhələnin mühüm hadisələrindən biri idi. Partiyanın fəaliyyəti sonrakı illərdə Azərbaycanın siyasi həyatında mühüm yer tutdu. Prezident İlham Əliyevin qurultayda vurğuladığı kimi, YAP artıq 30 ildən çoxdur hakim partiyadır və bu müddət ərzində ölkənin inkişafında partiya fəallarının da töhfəsi olub.

Prezident cənab İlham Əliyev VIII Qurultaydakı çıxışında həmin dövrdə Azərbaycanın iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün xarici sərmayənin əhəmiyyətini qeyd edib.

Paylaş:
Baxılıb: 87 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31