Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Abşeron rayon təşkilatı Qadınlar Şurasının konfransı keçirilib

YAP Abşeron rayon təşkilatı Qadınlar Şurasının konfransı keçirilib

07.05.2014 [09:53]

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı Qadınlar Şurasının konfransı keçirilib. Konfransı giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatı Qadınlar Şurasının sədri Təyyubə Hüseynova rəhbərlik etdiyi qurumun ötən dövr ərzində gördüyü işlərə dair hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, YAP Abşeron rayon təşkilatı Qadınlar Şurası ötən dövr ərzində sıralarını artırıb: “Qadınlarımız ötən dövr ərzində ölkəmizin inkişafı ilə bağlı bütün proseslərdə öz fəallıqları ilə seçiliblər. Öz növbəsində, YAP Abşeron rayon təşkilatı Qadınlar Şurasının üzvləri hər zaman fəallıq nümayiş etdirib, rayonun abadlıq işlərində yaxından iştirak ediblər”.
Tədbirdə çıxış edən Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev Ulu öndər Heydər Əliyevin fəaliyyəti, həmçinin, Onun qadınlarımıza xüsusi diqqət və qayğısı haqqında geniş nitq söyləyiblər. Natiqlər Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, hazırda qadınların bütün sahələrdə irəli çəkildiyini deyiblər: “Bu gün qadınlarımız cəmiyyətin həyatında çox fəal rol oynayaraq övladlarının sabahı uğrunda səylə çalışırlar. Onların geniş fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılıb”.
Daha sonra çıxış edən fəal qadınlardan Çinarə Əliyeva, Minəvvər Cabbarova və başqaları hesabat məruzəsini qənaətbəxş hesab ediblər. Natiqlər onu da bildiriblər ki, bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda Azərbaycanı uğurla təmsil edirlər. Müzakirələrdən sonra təşkilati məsələlərə baxılıb, Təyyubə Hüseynova yenidən YAP Abşeron rayon təşkilatı Qadınlar Şurasının sədri seçilib.
Bundan başqa, İradə Gülməmmədova, Təyyubə Hüseynova və Çinarə Əliyeva Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Respublika Konfransına nümayəndə seçiliblər.

Paylaş:
Baxılıb: 1200 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30