/ / Lerikdə “Yay məktəbi”nin II turu çərçivəsində “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda “dəyirmi masa” keçirilib
Lerikdə “Yay məktəbi”nin II turu çərçivəsində “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda “dəyirmi masa” keçirilib
17.07.2014 [04:50]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Lerikdə təşkil etdiyi “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin ikinci turu uğurla davam etməkdədir. Layihə çərçivəsində qrup rəhbərliyinin müəyyənləşdirdiyi plana uyğun olaraq növbəti tədbirlər keçirilib. Belə ki, tədbirlər çərçivəsində ikinci turun qrup rəhbəri “Səs” qəzetinin baş redaktoru, “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyevin moderatorluğu ilə “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da millət vəkili İqbal Məmmədov, Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Elxan Qəmbərov və KİV təmsilçiləri iştirak ediblər.
B.Quliyev bir neçə gündən sonra Azərbaycan mətbuatının yaranmasının 139-cu ildönümünün qeyd ediləcəyini xatırladaraq deyib ki, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan mətbuatımız artıq bu gün dünyada da öz sözünü deyir: “Məhz Həsən bəy Zərdabi ənənəsini yaşatmaq üçün KİV təmsilçiləri bu gün də əzmlə çalışmaqdadırlar. Müxtəlif dövrlərdə enişli-yoxuşlu yol keçən, zaman-zaman təzyiqlərə, senzuralara məruz qalan Azərbaycan mətbuatı məhz peşəkar jurnalistlərin əzmkarlığı, qətiyyəti sayəsində ayaqda qalmağı və inkişaf etməyi bacarıb”.
Qrup rəhbəri onu da vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz və xalqımız yenidən öz real müstəqilliyinə, azadlığına qovuşmağa nail oldu: “Həmin vaxta qədər ölkəni idarə edən naşı siyasətçilər mətbuat sahəsinə də kəskin senzura tədbiq edirdilər. Söz və ifadə azadlığı kobud şəkildə pozulurdu. Məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün bu haqsızlıqlara son qoyuldu, KİV üzərində senzuranın tətbiqi aradan qaldırıldı. Artıq bu gün Azərbaycanda yüzlərlə qəzet və jurnallar, dərgilər nəşr olunur, onlarla televiziya və radio kanalları, sayt və portallar fəaliyyət göstərir. Əlbəttə ki, bütün bunlar həm də ölkəmizdə demokratik mətbuat prinsipinin reallaşmasında önəmli rol oynamaqdadır”.
B.Quliyev, eyni zamanda, vurğulayıb ki, bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev Azərbaycanda jurnalistikanın inkişafı istiqamətində nəhəng işlər həyata keçirməkdədir: “Məhz cənab Prezident İlham Əliyevin qərarı əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) fəaliyyət göstərir. Məhz ölkə rəhbərimizin təşəbbüsü sayəsində Bakının ən gözəl yerlərindən birində, dəniz sahilində jurnalistlər üçün möhtəşəm bina tikilərək istifadəyə verilib və bu ənənə indi də davam etməkdədir. Artıq gələn il ikinci belə bir bina mətbuat işçilərinin ixtiyarına veriləcək. Bu, dövlətin mətbuata göstərdiyi diqqət və qayğının bariz nəticəsidir və əlbəttə ki, bütün bunlar Azərbaycan mətbuatının uğuru kimi tariximizə yazılmaqdadır”.
“Dəyirmi masa”da millət vəkili İqbal Məmmədov da çıxış edərək, bildirib ki, bütün sahələr kimi Azərbaycan mətbuatı da şanlı yol keçməkdədir: “Bu yol həm də demokratiyanın, plüralizmin məntiqi nəticəsidir. Çünki demokratiya olmayan ölkədə mətbuat da lazımi səviyyədə ola bilməz. Bu gün Azərbaycan mətbuatının uğurları, müxtəlif qəzet və jurnalların nəşri, saytların fəaliyyəti belə deməyə zəmin yaradır ki, yaxın gələcəkdə ölkə mətbuatı daha böyük uğurlara imza atacaq”.
Sonra “dəyirmi masa” iştirakçıları mövzu ətrafında bir-birindən maraqlı diskussiya və müzakirələr aparıblar.
Eyni zamanda, “Yay məktəbi” layihəsinin ikinci turu çərçivəsində iştirak edən gənclər “Gənclərin ictimai fəaliyyətə qoşulmasının könüllü olaraq təmin edilməsi” mövzusunda seminar keçiriblər. Seminarda çıxış edən YAP İcra katibliyinin əməkdaşı Rahu Qurbanova mövzu ilə bağlı çıxışında bildirib ki, bu gün partiyanın uğurlu fəaliyyətində gənclər də yaxından iştirak etməkdədirlər: “Məhz gənclərimizin bu kimi fəaliyyətləri könüllülük prinsipində həyata keçirilməkdədir. Burada heç bir məcburiyyət prinsipindən söhbət gedə bilməz. Çünki partiyaya üzv olan gənclər ilk olaraq bu təşkilata könüllü şəkildə qoşulur və onun uğurlu fəaliyyəti istiqamətində səylə çalışırlar. Yeni Azərbaycan Partiyası bütün gənclərə öz ictimai fəaliyyətləri üçün ən mükəmməl şəraitlər yaradır”.
Daha sonra gənclər seminar ətrafında müzakirələr aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

