YAP Qubadlı rayon təşkilatı partiyanın yaranmasının 22-ci ildönümü münasibətilə tədbir keçirib
22.11.2014 [11:55]
Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatı partiyanın yaranmasının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirib. Tədbiri giriş sözü ilə açan Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığını bildirib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası ötən 22 ilin hər anında Azərbaycanın inkişafına xidmət edib: “Yeni Azərbaycan Partiyası bu gün cəmiyyətin aparıcı qüvvəsidir. Ətrafında 630 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının nail olduğu siyasi birlik modeli Azərbaycan xalqı üçün də bir nümunəyə çevrildi. Məhz Yeni Azərbaycan Partiyası milli birliyin yaranmasında böyük rola malik oldu. Yeni Azərbaycan Partiyası hər zaman dövlət maraqlarından çıxış edir. Yeni Azərbaycan Partiyası üçün ən əsas Azərbaycan dövləti və millətidir və YAP yenilənən Azərbaycanın simasıdır”.
Natiq bildirib ki, hazırda YAP-ın Qubadlı rayon təşkilatının 3200-dən çox üzvü var. Məcburi köçkün rayonu olan Qubadlı rayonunun əhalisi Ulu öndər Heydər Əliyev siyasətinə, Yeni Azərbaycan Partiyasına daim sadiqdir. Hər bir Azərbaycan vətəndaşı kimi qubadlılılar da aparılan siyasətin nəticəsində Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ probleminin həll ediləcəyinə, torpaqlarımızın işğaldan azad olunacağına qəti şəkildə əmindirlər.
Daha sonra tədbirdə çıxış edən Ramin Heydərov, Aşağı Mollu kənd tam orta məktəbin direktoru Allahverən Allahverdiyev, şəhid atası İsgəndər Məmmədov və digərləri Yeni Azərbaycan Partiyasının proqramında irəli sürülmüş əsas vəzifələrin dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi olduğunu diqqətə çatdırıblar.
Tədbirdə YAP Qubadlı rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP üzvünə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunanlara isə üzvlük vəsiqəsi təqdim olunub. Daha sonra Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində yerləşən şəhid İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbinin həyətində “IDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə kampaniyası keçirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59

