Azərbaycanda gənclərə xüsusi diqqət və qayğı göstərilir
05.03.2015 [09:46]
YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
Martın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib. Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, YAP Siyasi Şurasının üzvü Qafar Əliyev, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Konfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq ölkəmizdə həyata keçirilən gənclər siyasəti barədə məlumat verib.
YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Nicat Axundov hesabat məruzəsi ilə çıxış edib. Onun sözlərinə görə, hazırda YAP Ağcabədi rayon təşkilatı 98 ilk təşkilat ətrafında 11251 nəfər YAP üzvünü birləşdirir ki, onların 4461 nəfərini (39,6 faiz) gənclər, 5091 nəfərini isə (45,2 faiz) qadınlar təşkil edir. Qeyd edilib ki, YAP Ağcabədi rayon təşkilatının keçirdiyi bütün tədbirlərdə gənclər fəal iştirak edirlər: “23 dekabr 2014-cü il tarixdə keçirilən bələdiyyə seçkilərində rayonda YAP tərəfindən irəli sürülən namizədlərdən 244-ü bələdiyyə üzvü seçilib ki, onların da 127 nəfəri gənclərdir”.
Məruzə ətrafında YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin üzvü Elnur Quliyev, Məhsəti Ağayeva, Ağcabədi Bələdiyyəsinin sədr müavini İldırım Əliyev çıxış edərək hesabat dövründə həyata keçirilən işlər barədə konfrans iştirakçılarına məlumat veriblər.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin 23 nəfərdən ibarət şurası, 15 nəfərdən ibarət İdarə Heyətinin üzvləri seçilib. İştirakçıların yekdil rəyi ilə Elnur Quliyev YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədri, Məhsəti Ağayeva və Nicat Axundov sədr müavinləri seçiliblər. Konfransda YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr də seçilib.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, YAP Siyasi Şurasının üzvü Qafar Əliyev, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov yeni seçilən heyətə uğurlar arzulayıb, onlara öz tövsiyələrini çatdırıblar. Natiqlər, həmçinin, dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də, idman həyatında gənclərin fəaliyyətindən danışıblar.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09

