/ / YAP Qadınlar Şurasının nümayəndələri Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatda olublar
YAP Qadınlar Şurasının nümayəndələri Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatda olublar
06.03.2015 [09:59]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının nümayəndələri 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatında olublar. Pansionatın sakinləri qarşısında çıxış edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. Nurlana Əliyeva bildirib ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev xüsusi qayğıya ehtiyacı olan şəxslərə diqqət və qayğı ilə yanaşır. Onların rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atılır. Azərbaycanın son illər qazandığı böyük uğurlardan danışan Nurlana Əliyeva, həmçinin, qeyd edib ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən də, ahıl insanlarla, qocalar evində yaşayanlarla mütəmadi görüşlər keçirir. “Bizim arzumuz doğma Azərbaycanımızı firavan, xoşbəxt görməkdir. Arzu edirik ki, hamılıqla bir yerdə torpaqlarımızın işğaldan azad olunmasını bayram edək, belə bayramları həmin torpaqlarda keçirək. Azərbaycan Prezidenti bu məqsədlərə çatmaq üçün uğurlu siyasət həyata keçirir”, - deyə YAP Qadınlar Şurasının sədri vurğulayıb. Onun sözlərinə görə, YAP daim müxtəlif layihələr həyata keçirərək qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirir. Nurlana Əliyeva belə görüşlərin bundan sonra da davam edəcəyini deyib.
YAP Qadınlar Şurasının sədri qeyd edib ki, bu pansionatın sakinləri üçün lazım olan bütün imkanlar və şərait yaradılıb: “Burada yaşayan insanların əhval-ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu, bizim hökumətimizin və partiyamızın həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təmin olunması üçün istifadə edilsin, o cümlədən də, qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzindən kənarda qalmasın. Bizim belə tədbirlərimiz də dövlətimizin, Prezident İlham Əliyevin siyasətinə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın ölkəmizdə həyata keçirdiyi layihələrə dəstək xarakteri daşıyır”.
Pansionatın direktoru Qətibə Əsədova çıxış edərək göstərilən diqqətə görə minnətdarlıq edib. O qeyd edib ki, pansionatın sakinləri dövlətin qayğısı ilə əhatə olunub.
Pansionat sakinləri də çıxış edərək respublika rəhbərliyinin onlara göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, bu gün ölkədə aparılan geniş quruculuq işləri onları da sevindirir.
Daha sonra pansionat sakinlərinə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının bayram sovqatı təqdim olunub. Həmçinin, konsert proqramı təqdim edilib.
Xəbər lenti
Hamısına baxSosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08

