YAP növbəti dəfə möhtəşəm qələbə qazanacaq
17.10.2015 [13:27]
Yeni Azərbaycan Partiyası tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin Goranboy rayonunun Xanqarvənd kəndində seçicilərlə görüşü keçirilib
Noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi davam edir. Qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanan və ümumxalq partiyası kimi xarakterizə edilən Yeni Azərbaycan Partiyası (YAP) təbliğat-təşviqat kampaniyasını uğurla həyata keçirir.
Kampaniya çərçivəsində YAP tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin Goranboy rayonunun Xanqarvənd kəndində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov qeyd edib ki, Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də mütləq qələbə hədəfi ilə gedir. O, Yeni Azərbaycan Partiyasının yüksək nüfuza sahib olduğunu bildirib. Təşkilat sədrinin sözlərinə görə, cəmiyyətin yüksək etimadı və dəstəyi sayəsində Yeni Azərbaycan Partiyası qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanıb: “Azərbaycan sürətli və sabit inkişaf tempi ilə qlobal miqyasda nümunə kimi çıxış edir. Heç şübhəsiz, bu inkişafda Yeni Azərbaycan Partiyasının özünəməxsus rolu var. Ona görə də seçiciləri parlament seçkilərində layiqli şəxslərə - Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram”.
“YAP yarandığı andan etibarən ictimai-siyasi müstəvidə ciddi nailiyyətlər əldə edib, qatıldığı bütün seçkiləri parlaq qələbələrlə başa vurub. Əminliklə deyə bilərəm ki, növbəti seçkilər də partiyamızın tarixinin şanlı səhifələrindən biri olacaq”, - deyə o bildirib.
Daha sonra namizədin vəkilləri Şahin Allahverdiyev və Məzahir Zeynalov Ağalar Vəliyevin deputatlığı dövründə Qaradağ rayonunda gördüyü işlər barədə seçicilərə geniş məlumat veriblər. Diqqətə çatdırılıb ki, Ağalar Vəliyev IV çağırış Milli Məclisin İqtisadi siyasət komitəsinin, Avstriya, Belarus, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub və Azərbaycan-Slovenya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2010-cu il tarixli Sərəncamı ilə Ağalar Vəliyev “Əməkdar mühəndis” fəxri adına layiq görülüb və dövlət başçısının 10 aprel 2012-ci il tarixli Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub.
Ağalar Vəliyev isə Qaradağ rayonunda deputatlığı dövründə gördüyü işlər barədə seçicilərə geniş məlumat verib: “Milli Məclisdə aktiv fəaliyyətlə yanaşı, təmsil etdiyim Qaradağ rayonunda aparılan quruculuq işinə mühüm töhfələr vermişəm. Bu xidmətlərimi və xeyriyyəçilik işini seçildikdən sonra 97 saylı Goranboy-Ağdam-Tərtər dairəsinin əhatə etdiyi kənd və qəsəbələrdə davam etdirəcəyəm. Seçicilər mənə etimad göstərsələr, öz fəaliyyətimlə bu etimadı doğruldacağam”.
Görüşlərdə çıxış edən seçicilər - Talıb Bəylərov, Nargilə Hüseynova, Rasim Əliyev və başqaları seçimlərini YAP-ın namizədinin lehinə edəcəklərini, Ağalar Vəliyevə səs verəcəklərini söyləyiblər.
Onlar əmin olduqlarını bildiriblər ki, YAP növbəti dəfə möhtəşəm qələbə qazanacaq.
NURLAN
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

