YAP Nərimanov rayon təşkilatının yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib
29.01.2016 [09:47]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib. Rayon təşkilatının sədri Təmraz Tağıyev tədbir iştirakçılarını təbrik edərək onlara siyasi fəaliyyətlərində uğurlar arzulayıb. O, bildirib ki, Bakı şəhərində ilk olaraq məhz Nərimanov rayonunda YAP-ın yerli strukturu yaradılıb. Belə ki, 28 yanvar 1993-cü ildə rayon təşkilatının təsis konfransı keçirilib.
Təşkilat sədri qeyd edib ki, Azərbaycanı XXI yüzilliyin və III minilliyin dinamik inkişaf yoluna gətirib çıxarmış Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan partiyamız siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir: “Bu, bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq. Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir”.
T.Tağıyev xatırladıb ki, YAP yaradılanda onun şüarı “Müstəqil Azərbaycan uğrunda” idi. Yəni partiyamız müstəqil dövlət quruculuğu uğrunda mübarizə aparırdı və buna da nail olub: “Bu gün məhz Heydər Əliyev şəxsiyyətinin sayəsində Azərbaycan müstəqilliyinin dönməzliyini təmin edib. Ulu öndər Heydər Əliyevin ideyaları, prinsipləri Azərbaycanda əbədidir. Bu prinsiplərin əsasında isə azərbaycançılıq ideologiyası dayanır. YAP məhz bu ideya və prinsipləri yaşadır, təbliğ edir”.
Onun sözlərinə görə, ötən 23 ildə YAP Nərimanov rayon təşkilatı fəaliyyətini kəmiyyət və keyfiyyət baxımından gücləndirib: “Bu gün 135 ilk ərazi partiya təşkilatında 20 min 780 nəfər birləşib. Onların 9 min 102 nəfəri qadın, 7 min 635 nəfəri isə gənclərdən ibarətdir. Təşkilatımızın üzvləri ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Biz bundan sonra da çalışacağıq ki, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirək”.
Tədbirdə digər çıxış edənlər də YAP Nərimanov rayon təşkilatının ötən 23 il ərzindəki fəaliyyətini yüksək qiymətləndirib. Sonda təşkilatın yaranmasının 23 illiyi münasibətilə tort kəsilib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

