YAP Yasamal rayon təşkilatının yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib
20.02.2016 [09:50]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, YAP İdarə Heyətinin üzvü, BDU-nun rektoru, akademik Abel Məhərrəmov, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva və partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin rayon təşkilatının inzibati binasındakı büstü önünə gül dəstələri düzüblər.
Sonra akt zalında işini davam etdirən tədbirdə çıxışına əlamətdar gün münasibətilə toplantı iştirakçılarını təbriklə başlayan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov partiyanın keçdiyi şərəfli yol haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, qazandığı böyük nailiyyətlər Ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın fəaliyyəti ilə bilavasitə bağlıdır: “Tarixi zərurətdən yaranan YAP müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm rol oynayıb. 1992-ci ilin noyabrında ölkəmizin bütün bölgələrini əhatə edən 550 nəfər Naxçıvan şəhərində Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşdi. Beləliklə 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev yekdilliklə bu partiyanın Sədri seçildi”.
Hazırda YAP-ın üzvlərinin sayının 700 minə çatdığını bildirən T.Əhmədov deyib ki, partiyaya olan bu maraq Ulu öndərə sədaqətdən, Prezident İlham Əliyevə inam və etimaddan irəli gəlir: “Bu gün tam əminliklə söyləyə bilərik ki, YAP ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilib”.
Daha sonra YAP Yasamal təşkilatının yaranma tarixi barədə danışan natiq əlavə edib ki, 1993-cü il fevral ayının 20-də 560 nəfərin iştirakı ilə yaranan YAP Yasamal rayon təşkilatının hazırda 27 mindən artıq üzvü ətrafında birləşdirən 141-ə yaxın ilk ərazi təşkilatı fəaliyyət göstərir.
Çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib ki, Ulu öndər Heydər Əliyevin “Dünənin, bu günün və gələcəyin partiyası” deyə həm keçmişini, həm bu gününü, həm də gələcəyini müəyyən etdiyi YAP-ın yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurlarına atdığı imzası onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib.
Çıxış edən YAP İdarə Heyətinin üzvü, BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyib ki, xalqa, vətənə, dövlətçiliyə xidmət edən YAP Ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafa töhfələr verir. Natiq YAP-ın siyasi kampaniyalarda qazandığı qələbəni xalqımızın Heydər Əliyev ideyalarına sadiqliyinin, həmçinin Azərbaycan Prezidenti, partiyanın Sədri İlham Əliyevə etimadının nümunəsi adlandıraraq, ölkəmizin qazandığı uğurlarda, rayon ərazisində aparılan quruculuq işlərində partiya fəallarının rolunu və xidmətlərini yüksək dəyərləndirib.
Tədbirin sonunda YAP Yasamal rayon təşkilatının fəaliyyətində fərqlənənlərə fəxri fərmanlar, partiyaya yeni qəbul olunanlara isə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09

