/ / YAP Qaradağ rayon təşkilatı cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
YAP Qaradağ rayon təşkilatı cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
28.03.2018 [10:37]
Dünən keçirilən görüşdə vurğulanıb ki, rayon sakinləri aprelin 11-də növbəti dəfə cənab İlham Əliyevi dəstəkləyərək ölkəmizin daha da güclənməsinə səs verəcəklər
Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatı 11 apreldə keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Rayonda “Sədərək” firmasının “İqtisadiyyat” zalında keçirilən növbəti görüş də yüksək seçici fəallığı və mütəşəkkilliklə müşayiət olunub. Görüşü giriş nitqi ilə açan YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən 15 ildə qazanılmış möhtəşəm nailiyyətlər barədə məlumat verib. Millət vəkili A.Hüseynov bildirib ki, Azərbaycan iqtisadiyyatı bu illər ərzində 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə yüksəlib. Sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Onun sözlərinə görə, son 15 ildə Azərbaycanda 1,9 milyon iş yeri yaradılıb və onlardan 1,4 milyonu daimi iş yeridir. Həmin dövr ərzində Azərbaycan iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub. Bu gün Azərbaycan iqtisadiyyatı güclü sahibkarlıq sinfinin formalaşması sayəsində inkişaf etməkdədir. “Bu gün hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın əzəmətli inkişafı birbaşa Prezident, YAP-ın Sədri İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır”, - deyən Aydın Hüseynov əminliklə vurğulayıb ki, bu uğurların davamlı olması üçün Azərbaycan xalqı 11 apreldə növbəti dəfə İlham Əliyevi dəstəkləyərək ölkəmizin daha da güclənməsinə səs verəcək.
Görüşdə çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Onun sözlərinə görə, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
Millət vəkili deyib ki, məhz Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasətin nəticəsidir ki, bu gün Azərbaycan heç bir xarici qüvvədən asılı deyil, öz enerji, ərzaq və hərbi təhlükəsizliyini təmin etmək iqtidarındadır. “Təbii resurslardan düzgün istifadə edilməsi nəticəsində ölkəmiz maliyyə imkanlarını genişləndirib. Bütün sahələr üzrə dinamik inkişaf göstəricilərinə nail olan Azərbaycan qarşıya çıxan maneələri aradan qaldırmaq gücündədir. Bu səbəbdən, respublikamız ən çətin vaxtlarda da kənar yardımlara ehtiyac hiss etmir. Bütün dünyanı iqtisadi böhran bürüdüyü zamanda Azərbaycan ciddi zərərə məruz qalmayan azsaylı ölkələrdən biri oldu. Kapital imkanları genişlənən ölkəmiz nəinki kənar yardımlara ehtiyac duymur, hətta özü də donor ölkə kimi çıxış edir. Bir sözlə, Azərbaycan, sözün əsl mənasında, özünü təmin edən dövlətdir. Bütün bu nailiyyətlərin əldə edilməsi isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində mümkün olub. Ona görə də, 11 aprel 2018-ci il prezident seçkilərində xalqın yalnız bir seçimi olacaq və bu seçim də cənab İlham Əliyevdir”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Tədbirdə həmçinin Azər Mirzəyev, Sabir Ələkbərov, Vaqif Hüseynli, Kəmaləddin Qədimi, Xaliq Məmmədov və digərləri çıxış edərək cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin bütün sahələrdə əldə etdiyi uğurlar haqqında geniş məlumat veriblər. Çıxış edənlər əminliklə bildiriblər ki, xalqımızın mütləq əksəriyyəti aprelin 11-də keçiriləcək prezident seçkilərində ən doğru seçim edərək Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə səs verəcəklər!
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

