Abşeron rayonunun Ceyranbatan qəsəbəsində seçicilərlə növbəti görüş keçirilib
29.03.2018 [10:33]
Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası bütün ölkə boyu uğurla davam edir. Kampaniya çərçivəsində YAP Abşeron təşkilatının rayonun Ceyranbatan qəsəbəsində seçicilərlə növbəti görüşü keçirilib.
Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi naminə misilsiz xidmətlərindən danışıb.
B.Vəliyev bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin çoxşaxəli siyasətinin hər bir istiqaməti Azərbaycan xalqının rifahına, Azərbaycan vətəndaşının daha da yaxşı yaşamasına yönəlib. Bunun nəticəsidir ki, indi cənab İlham Əliyevin prezidentliyə namizədliyi xalqımızın mütləq əksəriyyəti tərəfindən dəstəklənir.
Sonra Azərbaycan İqtisad Universitetinin rektoru professor Ədalət Muradov çıxış edərək aprelin 11-də keçiriləcək prezident seçkilərinin ölkəmizin demokratik inkişafı yolunda növbəti parlaq səhifə olacağını söyləyib.
Ə.Muradov seçiciləri bu tarixi prosesdə fəal iştirak etməyə, aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Tədbirdə Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, qəsəbə ağsaqqalı Arif Sadıqov, fəal gənc Çinarə Atayeva, qəsəbə sakini Könül Adıgözəlova və digərləri çıxış edərək Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən məmnun qaldıqlarını diqqətə çatdırıblar. Azərbaycan xalqının böyük əksəriyyəti kimi, ceyranbatanlılar da aprelin 11-də cənab İlham Əliyevə səs verəcəklər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35

