Qaradağ rayonunun Sahil qəsəbəsində seçicilərlə görüş keçirilib
31.03.2018 [09:52]
Görüşdə qəsəbə sakinləri bir daha bəyan ediblər ki, ölkəmizin qazandığı uğurların davamlılığını təmin etmək üçün cənab İlham Əliyevə səs verəcəklər
Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qaradağ rayonunda uğurla davam edir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş rayonun Sahil qəsəbəsində keçirilib. Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov prezident seçkilərinin Azərbaycan dövlətinin qarşıdakı illərdə inkişafı baxımından əhəmiyyəti, həmçinin cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 ildə Azərbaycanın qazandığı əzəmətli nailiyyətlər barədə ətraflı məlumat verib. Aydın Hüseynov rayon sakinlərini aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov görüşdə çıxış edərək 2003-cü ildən bəri keçilən böyük inkişaf yolunun əsas parametrləri haqqında fikirlərini bölüşüb, Azərbaycanın təhsil sahəsində qazandığı nailiyyətləri diqqətə çatdırıb. O deyib ki, islahatların ardıcıllığını, uğurların davamlılığını təmin etmək üçün hamılıqla 11 apreldə seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verməliyik.
Görüşdə “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək deyib ki, Azərbaycan əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan daxili və xarici siyasət sayəsində böyük inkişaf, tərəqqi əldə edib. O, bütün seçiciləri prezident seçkilərində xalqımızın yeganə namizədi İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının seçki qərargahının üzvü Xaliq Məmmədov, rayon sakini Rafiq Şahməmmədov və digərləri ölkəmizin son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazandığı uğurlar barədə geniş məlumat verərək Qaradağ rayon seçicilərinin aprelin 11-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək Azərbaycanın müstəqilliyinin və inkişafının təminatçısı olan Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəklərinə əminliklərini ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

