Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır?
26.09.2009 [20:39]
Dekabrda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinə artıq bir neçə ay qalıb. ölkəmizin siyasi palitrasının iştirak edəcəyi bu seçkinin digər seçkilərdən-parlament və prezident seçkisindən əsas fərqi burada siyasi qurumların yerlərdəki qüvvəsinin meydana çıxması ilə bağlıdır. Yəni, əgər prezident seçkisində partiyanın irəli sürdüyü namizədin ətrafında seçki kampaniyası aparılırdısa və burada əsas rolu namizədin siyasi çəkisi müəyyənləşdirirdisə, parlament seçkisində təşkilatın aparıcı gücünün nüfuzu əsas götürülürdüsə, bələdiyyə seçkisində artıq yerlərdəki elektorat, o cümlədən, siyasi partiyaların yerli təşkilatlarının təşkilatçılıq qabiliyyəti mühüm amil olaraq götürülür. O baxımdan, bələdiyyə seçkisinə hazırlıq prosesi hər zaman digər seçkilərdən daha uzun və çətin sayılır.
Yeni Azərbaycan Partiyası seçkiyə hazırlıq prosesini yüksək səviyyədə həyata keçirir...
Seçkiyə bir neçə ay qalmasına baxmayaraq hakim Yeni Azərbaycan Partiyası öz işini peşəkar səviyyədə qurub. Seçki ilə əlaqədar partiya müvafiq proqram hazırlayıb və məsələ siyasi qurumun seçkili orqanlarında müzakirə edilib. Bundan başqa, yerlərdə rayon-şəhər təşkilatları tərəfindən toplantılar keçirilir, seçki qərargahı yaradılır, namizədlərin müəyyənləşdirilməsi prosesi aparılır. Ən əsası isə aparılan işlərlə bağlı mütəmadi olaraq KİV vasitəsilə ictimaiyyətə, xalqa informasiya verilir. Bu məqam həm də Yeni Azərbaycan Partiyasının cəmiyyətə açıq, şəffaf fəaliyyətindən və siyasi təşkilatın xalqa arxalandığından xəbər verir. İkinci bir tərəfdən, bələdiyyə seçkiləri əsas etibarı ilə yerli səviyyədə keçirildiyi üçün ən mühüm amil seçki kampaniyasının yerlərdə uğurlu təşkilidir. Hazırda YAP-ın bələdiyyələrdə təmsil olunan nümayəndələri bütövlükdə Azərbaycan bələdiyyələrinin demək olar ki, əsas hissəsini təşkil edir. 2004-cü ildə keçirilən seçkilərin nəticələrinə görə bələdiyyələrə seçilənlərin 60 faizə qədəri məhz iqtidar partiyasının üzvləridir. O mənada Azərbaycanda hələ gənc sayılan bələdiyyə sisteminin formalaşmasında Yeni Azərbaycan Partiyasının xüsusi xidməti qeyd edilməlidir.
Təbii ki, hər zaman seçkinin taleyini seçicilərin səsi həll edir. Bu mənada Yeni Azərbaycan Partiyasının üstünlüyü böyükdür. Xalqın partiyası sayılan və ümummilli lider Heydər Əliyev ideyalarına söykənən Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi bu dəfə də öz seçicilərinin səsini qazanacağına inanır. Təbii ki, bu iddianın səsləndirilməsini şərtləndirən səbəblər var. Hər bir seçkidə xalqın yüksək səsini qazanan Yeni Azərbaycan Partiyası öz elektorat gücünə inanır. Ulu öndər Heydər Əliyev ideyalarının üzərində bərqərar olmuş Yeni Azərbaycan Partiyası hər zaman inkişafı hədəfləyir. Bu mənada, təşkilat bu il keçiriləcək seçkidə gənclərin iştirakını xüsusi olaraq önəmli sayır. Bu isə, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun göstəricisidir. Bu amilləri nəzərə aldıqda Yeni Azərbaycan Partiyasının hər zaman olduğu kimi, budəfəki seçkidə də yüksək səs toplayacağı və qələbə əldə edəcəyi şübhəsiz görünür.
Müxalifət düşərgəsi “koma”dan ayıla bilmir...
Ancaq eyni fikirləri əks qütb haqqında qeyd etmək mümkün deyil. Seçkiöncəsi nəinki hazırlıq prosesi aparan, ümumiyyətlə, bu barədə öz nəzarətlərindəki qəzetlərdə danışmağı belə özünə “rəva bilməyən” düşərgə təmsilçilərinin, əslində, deməyə sözü yoxdur. Bu ölü sükutu da şərtləndirən bir neçə səbəb var...
Uzun illərdir seçkiyə hazırlıq prosesini yalnız pafoslu fikirlərlə, yalanlarla pərdələmək istəyən müxalifət artıq dərk edir ki, onun bu “planlar”ı işləmir. Cəmiyyət açıq şəkildə görür ki, hər hansı bir problemin aradan qaldırılması istiqamətində proqrama malik olmayan, yalnız partiyadaxili xırda intriqalarla gündəmdə qalmaq istəyən, milli maraqları şəxsi mənafeyə qurban verən müxalifət qüvvələri, müəyyən maddiyyatın qarşılığında hətta dövlətin imicini fikirləşmədən hansısa xarici siyasi qüvvənin əlində oyuncağa çevrilməyi belə “bacarır”. Müxalifətin ən böyük problemi inkişafa meyil etməməsi, yalnız avtoritar partiya strukturlaşmasına üstünlük verməsidir. Məhz bu cür prinsipsizlik, şəxsi mənafe uğrunda mübarizə, korporativ maraqlar son nəticədə partiyaların özlərinin sıradan çıxmasına, insanların, hətta illərlə bu təşkilatlarda təmsil olunan funksionerlərin üz döndərməsi, oradan uzaqlaşması ilə yekunlaşır. Artıq həmin şəxslər də anlayır ki, bu düşüncə tərzi, bu cür mübarizə yolu ilə heç nəyə nail olmaq mümkün deyil. Müxalifətin bəlkə də ən böyük problemi məhz öz düşüncə tərzini dəyişməmək, reallıqları görməməzlikdən gəlməkdir.
Bununla yanaşı, hər zaman seçkini “boykot” etməklə millətə, dövlətə sanki “hədə-qorxu” gələn radikal müxalifət bunun əsl səbəbini açıqlamaqdan çəkinir. Düşərgənin “siyasi təzyiqlər” adlı yalanı isə artıq ayaq belə tuta bilmir. Müxalifət etiraf etmək istəməsə belə bu fakt artıq hamıya, hətta onların “dəstəkçisi” olan xarici havadarlarına da məlumdur ki, Azərbaycanda radikal düşərgənin elektoratı yoxdur. Bu yoxluq isə özlüyündə müxalifət partiyalarını seçkidə iştirak etməkdən çəkindirir. çünki radikal düşərgənin başında dayananlar dərk edir ki, xalq onları heç zaman dəstəkləməyəcək (əslində, dəstəkləməli nə bir proqram, nə də bir təklif mövcuddur) və illərdir xariciləri aldadaraq aldıqları pullar əllərindən çıxacaq. Məhz inhisarda saxlamaq istədikləri müxalifət düşərgəsini əldən verməmək üçün də bu partiyalar seçkilərdə iştirakdan imtina etməyi üstün tuturlar.
Siyasi partiya məhz seçkilərdə iştirak etmək üçün yaradılır və yaranan qurumun ilkin vəzifəsi seçkilərə qatılıb, uğur qazanmaq, varlığını sübut etməkdir. Amma Azərbaycan müxalifəti sadəcə varlığını qorumaq üçün seçkilərdə iştirakdan imtina edir...
Hər zaman olduğu kimi, düşərgənin bu addımları da absurddan başqa bir şey deyil...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

