/ / YAP Xətai rayon təşkilatında sosial şəbəkələrdə fəallığın artırılmasına dair müzakirələr aparılıb
YAP Xətai rayon təşkilatında sosial şəbəkələrdə fəallığın artırılmasına dair müzakirələr aparılıb
25.10.2019 [10:10]
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının ilk ərazi təşkilatlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov tədbirdə çıxış edərək günümüzün əsas çağırışlarından olan sosial şəbəkələrdə fəallığın artırılmasından, Azərbaycanın bugünkü uğurlarından danışıb. Bildirib ki, 28 illik müstəqillik tarixinə malik Azərbaycanın uğurlarının miqyası geniş olmaqla yanaşı, gələcəyə daha böyük hədəflərlə irəliləməyə əsas yaradır. Təəssüf ki, Azərbaycanı istəməyən qüvvələr çirkin niyyətlərini, uğurlarımıza kölgə salmaq cəhdlərini, ən əsası dünyada sabitlik, təhlükəsiz ölkə kimi qazandığı imicə zərbə vurmaq istəklərini daxili bədxahlarımızın vasitəsilə gerçəkləşdirməyə səy göstərirlər.
H.Mirələmov diqqəti oktyabrın 19-da keçirilən icazəsiz aksiyaya yönəldərək bildirib ki, bir qrup təxribatçı ünsürlər xaricdən aldıqları qrantların müqabilində ölkədə qarşıdurma yaratmağa, sabitliyi pozmağa can atırlar. Lakin xalq-iqtidar birliyinin möhkəmliyi, asayişi yüksək səviyyədə qoruyan hüquq-mühafizə orqanlarının fədakarlığı sayəsində bu cəhdlərin qarşısı qətiyyətlə alındı. Azərbaycan xalqı bu ünsürlərin əsl sifətini bir daha gördü. Belə qüvvələrə qarşı sərt mövqeyimizi sosial şəbəkələrdə bildirməli, onların əsassız təbliğatlarını Azərbaycanın reallıqları ilə cavablandırmalıyıq.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycana bu gün hansı sahədən baxsaq, böyük inkişafın, tərəqqinin şahidi olarıq. Ölkəmizin bu gün Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun, siyasi çəkisinin göstəricisidir. Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin həyata keçirdiyi alternativi olmayan islahatları beynəlxalq səviyyədə təqdir olunur, nüfuzlu maliyyə qurumlarının hesabatlarında mövqeyinin möhkəmlənməsini şərtləndirir. Ölkəmizin 28 illik müstəqillik tarixində əldə etdiyi davamlı uğurlar harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımızda qürur hissi yaradır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, 10 milyonluq ölkəyik.
V.Rəhimzadə Azərbaycanı istəməyən qüvvələrin sosial şəbəkələrdə apardıqları əsassız, qərəzli təbliğata qarşı hər birimizin vətəndaşlıq təəssübkeşliyindən bəhrələnərək sərt mövqeyimizi ortaya qoymağımızın vacibliyini bildirib. Bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı təşkilat olan Yeni Azərbaycan Partiyasının sıralarında birləşdirdiyi 750 minə yaxın üzvün hər biri bu işdə öz fəallığını nümayiş etdirməli, Azərbaycan reallıqlarının, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğatçısına çevrilməlidirlər. Azərbaycanın uğurlarına qara eynəkdən baxmağa adətkar olan dağıdıcı ünsürlər 19 oktyabr icazəsiz aksiyaları ilə hansı məqsədə və kimlərə xidmət etdiklərini bir daha nümayiş etdirdilər.
Xətai Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri Pənah İmanov Azərbaycanın gündən-günə güclənən iqtisadi qüdrətindən, beynəlxalq aləmdə möhkəmlənən mövqeyindən geniş bəhs edərək bildirib ki, bu gün dünyaya səs salan yeniliklərimiz, imza atdığımız uğurlar Azərbaycan dövlətinin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. P.İmanov sosial şəbəkələrdə fəallığın artırılması istiqamətində göstərilən səylərdən geniş bəhs edərək, YAP Xətai rayon təşkilatının özündə birləşdirdiyi hər bir ərazi ilk partiya təşkilatının üzvlərini fəal olmağa çağırıb: “Bu, bizim ümumi işimizdir. Çalışmalıyıq ki, Azərbaycanın uğurlarına kölgə salmağa çalışan xarici və daxili bədxahlarımızın əsassız cəhdlərini reallığa söykənən faktlarımızla cavablandıraq. Dövlətimizin başçısı İlham Əliyevin daim çıxışlarında qeyd olunduğu kimi, heç bir xarici qüvvə xalqımızın iradəsinə təsir göstərmək imkanında deyil. Azərbaycan müstəqil dövlətdir. Atdığı hər addımında müstəqil siyasət yürütdüyünü təsdiqləyir”.
Tədbirə yekun vuran Hüseynbala Mirələmov gəncləri daha fəal olmağa çağırıb. Bildirib ki, bu günün gəncləri müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edənlərin Azərbaycanı hansı faciələrlə üz-üzə qoymalarından xəbərsizdir. Onlara müstəqillik yolumuzun heç də hamar olmadığı, ən əsası bu gün hakimiyyətə can atan həmin ünsürlərin bir illik iqtidarı dövründə ölkəni hansı duruma saldıqları barədə dolğun məlumatlar verilməlidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25

