YAP Saatlı rayon təşkilatının IX hesabat konfransı keçirilib
27.08.2021 [13:11]
Avqustun 26-da Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.
Əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyevin hesabat məruzəsi dinlənilib. Bildirib ki, müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyət və sədaqətlə davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir. Bu tərəqqini hər bir Azərbaycan vətəndaşı rifah halının yüksəlməsi, özünün sosial vəziyyətinin yaxşılaşması şəklində görür, yaşayır və hiss edir.
L.Şıxəliyev qeyd edib ki, hesabat dövründə 1694 nəfər partiya sıralarına üzv qəbul edilib ki, onlardan 769 nəfərini qadınlar, 1237 nəfərini isə gənclər təşkil edir. Hazırda YAP Saatlı rayon təşkilatının 70 ərazi ilk partiya təşkilatı özündə 11182 üzvü birləşdirir. Onlardan 3696 nəfəri qadınlar, 3309 nəfəri isə gənclərdir.
Sonra YAP Saatlı rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Vasif Allahverdiyev hesabat məruzəsi ilə çıxış edib.
Müzakirələr zamanı çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı Əziz Ələkbərov, YAP Saatlı rayon təşkilatı Qadınalar Şurasının üzvü Günay Həmidova, rayon təşkilatının Şura üzvü Lətif Şimşəkov və rayon təşkilatının Gənclər Birliyinin sədri Pərviz Təhməzov hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bugünkü konfransın çox əlamətdar günə təsadüf etdiyini bildirib. Qeyd edib ki, öz əməli fəaliyyəti, göstərdiyi xidmətlərə görə nəcibliyin, xeyirxahlığın, humanizmin rəmzinə çevrilən, nümunəvi Azərbaycan qadını olan Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür: “Bu münasibətlə Mehriban xanım Əliyevanı təbrik edir, ona çoxşaxəli və çoxhəcmli geniş fəaliyyətində böyük uğurlar arzu edirəm. Mehriban xanım Əliyevanın humanitar, mədəni, təhsil, səhiyyə və digər sahələrdə apardığı işlər ölkəmizin inkişafına böyük töhfələr verib. Hesab edirəm ki, Mehriban xanım Əliyevanın ən böyük xidmətləri dövlətçilik maraqlarının qorunmasında və milli həmrəyliyin güclənməsində göstərdiyi töhfələrdir. Mehriban xanım Əliyevanın çoxlu təltifləri, orden və medalları var. Hesab edirəm ki, Mehriban xanım Əliyevanın ən böyük təltifi xalqımızın ona olan sevgisi, etibarı, etimadı və inamıdır. Mehriban xanım Əliyevanın 44 günlük Vətən müharibəsində Prezident, Partiyamızın Sədri, Ali Baş Komandan cənab İlham Əliyevin daim yanında olması və verdiyi mənəvi dəstək qazanılan qələbədə xüsusi rol oynayıb”.
Qələbəmizin yaratdığı reallıqların gerçəkləşməsində Yeni Azərbaycan Partiyasının rolundan bəhs edən Ə.Tağıyev YAP Saatlı rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Saatlı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43

