Bərdədə Alı Mustafayevin anadan olmasının 70 illiyi qeyd edilib
14.04.2022 [20:00]
Bərdə şəhər 5 saylı tam orta məktəb şəhid Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin adını daşıyır. Bu gün həmin məktəbdə onun anadan olmasının 70 illiyi böyük təntənə ilə qeyd edildi.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayon Təhsil şöbəsinin müdir əvəzi Ədalət Ismayılov, rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, QMƏVŞAİB rayon şöbəsinin sədri Etibar Hüseynova, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər.
Tədbir məktəbin həyətində Milli Qəhrəman Ali Mustafayevin büstünün ziyarət olunması ilə başlandı. Tədbir iştirakçılarından bir qrupu büstün önünə tər qərənfillər düzərək Alı Mustafayevə ehtiramlarını bildirdilər.
Sonra məktəblilərin hazırladıqları sərgiyə baxış keçirildi.
Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Dövlət Himni səsləndirildi. Məktəbin “Şahinlər” hərbi idman qrupunun üzvləri tədbir iştirakçılarını hərbi salamlarını çatdırdılar.
Tədbiri məktəbin direktor müavini Zərifə Məmmədova acdı. Məktəbin direktoru Teymur Həmidov tədbir iştirakçılarını salamladı və bildirdi ki, bütün şəhidlərin adının uca tutulması, onların ailələrinə baş çəkilməsi, məktəbdə onlarıla və qazilərlə görüşlərin keçirilməsi və adını daşıdığı Alı Mustafayevin anım və ad günlərinin təntənəli qeyd edilıməsi bu məktəbdə ənənə halını alıb. Bunlar məktəblilərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, onların hərbi möhkəmlik ruhunda böyüməsində çox böyük rol oynayır.
Tədbirdə çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında xalq ordu birlyinin sarsılmaz gücü ilə torpaqlarımızın işğaldan azad edilməsi ilə həm Birinci Qarabağ müharibəsində, həm də 44 gün çəkən Vətən müharibəsində şəhid olan bütün oğulların, o cümlədən şəhid Alı Mustafayevlə birgə Qarakənd faciəsində həlak olan digər Vətən oğullarının qisasının alındığndan danışdı. Bugün onların ruhu rahatdır, dedi.
Daha sonra çıxış edən rayon Təhsil şöbəsinin müdir əvəzi Ədalət İsmayılov, QMƏVŞAİB rayon təşkilatının sədri Etibar Hüseynova, rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, Respublikanın Əməkdar müəllimi Minayə Nəbbaqi, məktəbin hərbi müəllimi, Vətən müharibəsi iştirakçısı Elçin Mustafayev Milli Qəhrəman Alı Mustafayevin cəsarətli jurnalistlik fəaliyyətindən, Vətən sevgisindən, igid, qəhrəman ömür yolundan geniş söhbət açdılar.
Tədbir məktəblilərin hazırladıqları kompozisiyanın nümayişi ilə başa çatdı.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43

