Səngəçallılar mövcud uğurlu inkişafın davamlı olmasına səs verəcək
17.10.2010 [13:47]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar İsrəfil oğlu Vəliyev Səngəçal qəsəbəsinin sakinləri ilə görüş keçirib. Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov ölkədə gedən genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb: “çox sevindirici haldır ki, bu gözəl işlərin müsbət təsiri Səngəçal qəsəbəsinin dəyişən, gözəlləşən simasında da özünü göstərir”.
Qarşıdan gələn parlament seçkilərinin əhəmiyyətindən söz açan Aydın Hüseynov vurğulayıb ki, qanunverici orqan məhz, xalqın səsverməsi ilə formalaşır.
Aydın Hüseynov sonra Səngəçal qəsəbəsinin seçicilərinə namizəd Ağalar Vəliyevin haqqında məlumat verib. Deyib ki, Ağalar İsrəfil oğlu Vəliyev 1957-ci il iyulun 23-də Yevlax şəhərində fəhlə ailəsində anadan olub. O, 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib: “İxtisasca inşaat mühəndisidir. Ailəlidir. Bir oğul atasıdır”.
Səmərəli fəaliyyətinə görə, Ağalar Vəliyevin Prezident İlham Əliyevin Sərəncamı ilə respublikanın “Əməkdar mühəndisi” fəxri adına layiq görüldüyünü söyləyən Aydın Hüseynov deyib ki, rəhbərlik etdiyi kollektivin üzvlərinin, ehtiyacı olan insanların xeyir-şər işlərində həmişə yaxından iştirak edib, vaxtının məhdudluğuna baxmayaraq, öz maddi və mənəvi köməkliyini heç vaxt əsirgəməyib. Qeyd edib ki, Ağalar Vəliyevin köməkliyi ilə 10 nəfərdən çox insan müqəddəs Həcc ziyarətində olub və bu ənənə indi də böyük həvəslə davam etdirilir. Respublikamızın rayonlarında bir neçə müqəddəs ziyarətgah məhz Ağalar Vəliyev tərəfindən bərpa olunaraq yenidən soydaşlarımızın istifadəsində verilib.
Aydın Hüseynov çıxışının sonunda qəsəbə sakinlərini qurub-yaratmaq kimi bütün müsbət keyfiyyətlərə malik YAP-ın namizədi Ağalar Vəliyevə səs verməyə çağırıb.
Sonra Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar Vəliyev çıxış edib. O, bildirib ki, Yeni Azərbaycan Partiyası xalqımız tərəfindən sevilir, dəstəklənir: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət göstərir. Azərbaycan xalqı da bu amili əsas götürərək, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə inandığını, etimad göstərdiyini verdiyi dəstəklə nümayiş etdirib”.
Ağalar Vəliyev qəsəbə sakinlərinin ona səs verəcəyi və qəsəbə sakinlərinin etimadı nəticəsində deputat seçiləcəyi təqdirdə verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirib.
Görüş iştirakçıları isə mövcud problemlər barədə namizədə məlumat veriblər, təkliflər irəli sürüblər.
Sonda görüşdən razı qaldıqlarını bildirən Səngəçal qəsəbəsinin sakinləri çıxışlarında Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar İsrəfil oğlu Vəliyevə səs verəcəklərini söyləyiblər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02

