Lənkəran seçiciləri tərəqqiyə və yüksək rifaha səs verəcəklər
19.10.2010 [09:21]
Dünən Yeni Azərbaycan Partiyasının 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə deputatlığa namizədi Ziyafət Əsgərovun Lənkəran rayonunun Səpnəkəran və Yuxarı Nüvədi kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
çıxış edən Yeni Azərbaycan Partiyasının parlament seçkilərində səlahiyyətli nümayəndəsi İlqar Dadaşov bildirib ki, bu gün inkişaf edən Azərbaycanda siyasi sabitliyin möhkəmlənməsi, sosial inkişafın dərinləşməsi xalqın hakimiyyətə olan inamını artırmaqdadır: “Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yüksək inkişaf və tərəqqi konsepsiyasının YAP Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və keyfiyyətcə zənginləşərək yeni mərhələyə qədəm qoyması xalqın iqtidara və partiyamıza olan inam və etibarını daha da möhkəmləndirib. ölkəmizin sabitliyinin möhkəmlənməsinə səbəb olan, inkişafa təkan verən siyasi və iqtisadi islahtlar kursu yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə islahatların strateji hədəfləri ölkə vətəndaşlarının rifahının və yaşayış səviyyəsinin daha da yüksəldilməsinə, onların sosial həyatının zənginləşməsinə hesablanıb”.
İ.Dadaşov bildirib ki, xalq ilbəil yaşayış vəziyyətinin, xoş güzəranın yaxşılaşmasına səbəb olan davamlı islahatları hiss edərək dəyərləndirir. Ona görə də, noyabrın 7-də keçiriləcək seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədlərinin qələbə qazanacağı böyük əminlik doğurur.
Sonra YAP-ın 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə deputatlığa namizədi Ziyafət Əsgərov çıxış edərək respublikamızdakı siyasi, hüquqi islahatların mahiyyəti, insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə təmin edilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi haqqında danışıb.
Ziyafət Əsgərov əvvəlki seçkilərdə olduğu kimi, noyabrın 7-də keçiriləcək parlament seçkilərində də xalqın YAP-a dəstək verəcəyinə əmin olduğunu bildirib. “Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, insanların rifahının, yaşayış səviyyəsinin yüksəlməsi, onların məşğulluq problemlərinin həlli, iş yerləri ilə təmin olunmaları, firavan həyat şəraitinin təmin edilməsi, digər çoxsaylı faktorlar YAP-a olan inamı gücləndirir. Hesab edirəm ki, partiyamızın namizədləri də məhz bu amilləri seçki resursunun əsas bazası olduğunu yaxşı anlayırlar. Qeyd etdiyim kimi, Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarının xalq tərəfindən dəstəklənməsi YAP-ın parlament seçkilərində qələbəsi üçün başlıca təminatdır. Partiyamızın parlament seçkiləri ilə bağlı əsas şüarı olan “Güclü dövlət, yüksək rifah” tezisi də xatırlatdığım başlıca prinsiplərə söykənir”.
YAP-ın deputatlığa namizədi Z.Əsgərov deyib ki, millət vəkili olmaq üçün əsas resurs xalqın səsidir, vətəndaşların namizədə inamının təmin olunmasıdır. Yəni, seçici yaşadığı ərazidən seçdiyi namizədə inanmırsa, etibar etmirsə, həmin şəxsin deputat olması absurddur. Z.Əsgərov əlavə edib ki, bu gün ölkəmizin bütün bölgələrində davamlı inkişaf layihələri həyata keçirilir: “Rayon mərkəzləri, qəsəbə və kəndlərin sosial infrastrukturu, kommunal xidmət sektoru yenidən qurulur. Hər bir bölgədə yeni istehsal və emal müəssisələri, xidmət və digər infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektləri yaradılır, infrastrukturun, o cümlədən, elektrik enerjisi, qaz və su təchizatı, nəqliyyat və rabitə infrastrukturunun, sosial infrastrukturun inkişafı istiqamətində uğurlu addımlar atılır. Eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, onların güzəranının xeyli yaxşılaşdırılması üçün işlər görülür. Bütün bu amillər YAP-a və onun namizədlərinə qələbə əldə etmək üçün böyük baza yaradır”.
Tədbirdə çıxış edən Lənəkəran seçiciləri bundan əvvəl keçirilən bütün seçkilərdə olduğu kimi, yenə də Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər. Onlar YAP-ın böyük seçki təcrübəsinə malik olduğunu və parlament seçkilərində şəksiz qələbəsinə əmin olduqlarını vurğulayıblar. Lənkəranlılar qeyd ediblər ki, YAP-ın üzvləri ölkəmizin inkişafı ilə bağlı həyata keçirilən kompleks islahatların təmin olunmasında böyük səy göstərirlər. Bunu nəzərə alan Lənkəran sakinləri Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda həyata keçirilən davamlı islahatları həmişə dəstəkləyiblər və bu dəstək davamlı xarakter daşıyır. İctimai-siyasi proseslərdə aktivlik nümayiş etdirən lənkəranlılar noyabrın 7-də növbəti dəfə YAP-a olan rəğbətlərini təsdiqləmiş olacaqlar.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

