YAP-ın namizədləri seçicilər tərəfindən böyük hörmət və yüksək əhval - ruhiyyə ilə qarşılanır
27.10.2010 [10:14]
Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisə seçkilərdə irəli sürdüyü namizədlərin təbliğat - təşviqat kampaniyası uğurla və yüksək mütəşəkkilliklə davam edir. Partiyanın namizədləri və onların vəkilləri yerlərdə seçicilərlə görüşlər keçirir, sakinlərin arzu və istəklərini, problemlərini öyrənirlər, Milli Məclisə seçiləcəkləri təqdirdə görəcəkləri işlər barədə ətraflı məlumat verirlər. Bu görüşlərdə müşahidə olunan yüksək seçici fəallığı və ictimai maraq isə xüsusi olaraq diqqəti cəlb edir. Belə görüşlərdən biri də Saatlı rayonunun Mustafabəyli və Əlisoltanlı kəndlərində baş tutub. Seçicilər Yeni Azərbaycan Partiyasının 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Milli Məclisə namizədi Əhliman Əmiraslanovla görüşə böyük maraqla və mütəşəkkillilə toplaşıblar.
Görüşü açıq elan edən Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının sədri, partiyanın Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndəsi Lütvəli Şıxəliyev partiyanın namizədi ilə görüşə belə böyük maraq göstərdikləri üçün seçicilərə minnətdarlığını bildirib. O, ölkəmizin çox əlamətdar bir hadisə ərəfəsində olduğunu və dövlətimizin parlament seçkilərinə yüksək səviyyədə hazırlaşdığını vurğulayıb.
O daha sonra Yeni Azərbaycan Partiyasının 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Milli Məclisə namizədi Əhliman Tapdıq oğlu Əmiraslanov haqqında seçicilərə məlumat verib: “Əslində, Əhliman müəllimin gördüyü işlər, onun tərcümeyi-halı, elmimizin inkişafındakı xidmətləri, bir ziyalı kimi cəmiyyətdəki mövqeyi haqqında hər bir vətəndaşımız ətraflı məlumata malikdir”.
Sonra çıxış edən namizədin vəkili professor İbadulla Ağayev Əhliman Əmiraslanovun elmi fəaliyyəti haqqında danışıb. Onun sözlərinə görə, akademik Əhliman Tapdıq oğlu Əmiraslanov 1947-ci il Qərbi Azərbaycanda anadan olub. 1965-ci ildə kənd orta məktəbini qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək 1974-cü ilə kimi Bakı şəhər onkologiya klinikasının cərrahiyyə şöbəsində əvvəl ordinator, sonra isə şöbə müdiri vəzifəsində çalışıb. Daha sonra Bakıda və Moskvada müxtəlif vəzifələrdə çalışan akademik ona göstərilən etimadı daim doğruldub. Hazırda isə Azərbaycan Tibb Universitetinin rektorudur. Tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın biologiya elmləri bölməsinin akademik-katibi, dünya şöhrətli cərrah - onkoloq, Əməkdar elm xadimidir.
Yeni Azərbaycan Partiyasının 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Milli Məclisə namizədi Əhliman Əmiraslanovun vəkili Elçin Ağayev akademikin elmi fəaliyyətinin dövldətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini vurğulayıb. Onun bir sıra dövlət mükafatları ilə təltif olunduğunu xüsusi vurğulayan vəkilin sözlərinə görə, bu mükafatlar akademik Əhliman Əmiraslanovun fəaliyyətinə, onun yaratdıqlarına, bir mütəxəssis kimi bacarığına həm dövlətimizin, həm də dünyanın qabaqcıl elm xadimlərinin münasibətini göstərir.
Əhliman Əmiraslanovun vəkilləri Ədalət Həsənov və Oktay Mehdiyev isə akademikin bir ziyalı kimi də daim xalqımızın xidmətində dayandığını, onun bir həkim kimi insanlara şəfa verdiyini vurğulayıblar.
Yeni Azərbaycan Partiyasının 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Milli Məclisə namizədi Əhliman Əmiraslanov isə çıxışına onunla görüşə gəlmiş bütün seçicilərə təşəkkürünü bildirərək başlayıb. O, daha sonra ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışıb. Akademikin sözlərinə görə, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs Azərbaycana çox böyük uğurlar qazandırıb: “YAP hakim partiya kimi, daim dövlətçiliyimizə xidmət edən, vətəndaşlarımızın daha da yaxşı yaşamasına təminat verən qərar və proqramların qəbul olunmasında birbaşa iştirak edib. Heç də təsadüfi deyil ki, YAP bu seçkilərə “Güclü dövlət, yüksək rifah” devizi ilə qatılır. Hamınız əmin ola bilərsiniz ki, YAP-ın bütün namizədləri bu seçkilərdə qalib gələrək Milli Məclis üzvlüyünə seçilərsə, məhz bu amala xidmət edəcək”.
Daha sonra millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər barəsində də məlumat verən akademik Əhliman Əmiraslanov deyib ki, millət vəkilinin ən əsas vəzifəsi ölkəmizin inkişafı üçün daha mütərəqqi, daha işlək qanunların qəbuluna çalışmasıdır: “Mən də bu sahədə fəal olacağam. Həmçinin, hər bir seçicimizin problemlərinə öz problemim kimi yanaşacaq, onların həllində səylərimi əsirgəməyəcəyəm. Mən inanıram ki, sizlərin xatirində sözün həqiqi mənasında yaxşı millət vəkili kimi qalacağam”.
AQŞİN
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14

