Yeni Azərbaycan Partiyası seçkilərə böyük inamla gedir
30.10.2010 [12:06]
Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, partiyanın 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə deputatlığa namizədi Əli Əhmədov dünən Nərimanov rayonu, “Dəmirçizadə-2” ünvanında seçicilərlə görüş keçirib. Seçiciləri salamlayan Əli Əhmədov ötən beş il ərzində onlarla sıx ünsiyyət qurulduğunu bildirib. Beş il müddətində Milli Məclisdə qanunvericilik çərçivəsində deputat səlahiyyətlərini yerinə yetirdiyini deyən YAP Sədrinin müavini, həmçinin, seçicilərinin problemlərinin həlli ilə də məşğul olduğunu qeyd edib. O, vurğulayıb ki, həlli mümkün olan problemlərin aradan qaldırılmasına nail olunub: “Beş il ərzində Azərbaycan çox inkişaf edib, dövlətimiz, ordumuz xeyli güclənib, insanların rifahı yüksəlib. Bu müddətdə ölkəmizin dünya dövlətləri sırasında nüfuzu əhəmiyyətli dərəcədə artıb, Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. 2005-ci ildən indiyə qədər ölkəmizdə böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Bu inkişaf Nərimanov rayonunda da özünü göstərir. Əlbəttə, bu inkişaf və yüksəliş insanlara rahatlıq gətirir, onlara mənalı həyat bəxş edir. Prezidentimiz İlham Əliyevin dediyi kimi, Azərbaycanda görülən işlərin məqsədi insanlara xidmət etməkdir. Bizim məqsədimiz budur ki, dövlətimizin qüdrəti daha da artsın, insanların rifahı daha da yüksəlsin. Yeni Azərbaycan Partiyası bu prinsiplərlə seçkilərə gedir. Azərbaycanın inkişafı istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək və bunun üçün ciddi baza mövcuddur. Eyni zamanda, insanların dövlətçiliyimizə sədaqəti də bu baxımdan çox etibarlı bazadır”.
Əli Əhmədov hazırki seçki kampaniyasında çoxsaylı namizədlərin iştirak etdiyini deyib. Onun sözlərinə görə, bəzi namizədlər insanlara çoxlu vədlər verirlər: “Xüsusilə, müxalifət nümayəndələri insanlara yalan vədlər verirlər. Vəd verənlər deyirlər ki, maaşları, təqaüdləri bir neçə artıra bilərik. Əgər bunu edə bilərdilərsə, 1990-cı illərin əvvəlində edəydilər. O zaman insanları yalnız çörək düşündürürdü, çünki insanlar çörək də tapa bilmirdilər. Amma indi isə Azərbaycan hakimiyyəti çox düşünülmüş siyasət həyata keçirərək maaş və təqaüdləri tədricən artırır. çünki biz dövlətimizin, övladlarımızın sabahını düşünürük. Bunun üçün Dövlət Neft Fondu yaradılıbdır. Dövlətimiz çalışır ki, gələcəkdə də onun vətəndaşları yaxşı yaşasın. Artıq bu gün Azərbaycanın siması əhəmiyyətli dərəcədə dəyişməkdədir. 1993-cü ildə büdcəmiz 500 milyon dollar idisə, indi bu göstərici 15 milyard dollara çatıb. Yəni, bu inkişaf indiki hakimiyyətin həyata keçirdiyi siyasət nəticəsində baş verib. Dövlət büdcəsinin 50 dəfə artması mücərrəd anlayış deyil, bu, yeniləşən, müasirləşən ölkəmiz, quruculuq işləri, əhalinin rifahının yüksəlməsi deməkdir. Əlbəttə, bizim “ölkəmizdə kimin problemi yoxdur” demək fikrimiz yoxdur. Amma gələcəyə nikbin baxırıq. Hər il insanlar üçün əvvəlki illərdən yaxşı olur. Bizim əsas nemətimiz ölkəmizdəki sabitlik, əmin-amanlıqdır. Yaxın-uzaq ölkələrdəki problemləri izləyirsiniz, amma Azərbaycanda belə problem yoxdur. Bu gün Azərbaycan vətəndaşı özünün təhlükəsizliyinə əmindir. Bütün bunları Ulu öndər Heydər Əliyev siyasətinin nəticəsində əldə etmək mümkündür. Ona görə də, Azərbaycanda bu siyasətin alternativi yoxdur. Bizim ölkəmiz üçün ən böyük sərvət, ən böyük dəyər onun insanlarıdır, təbii və digər sərvətlər məhz insanlar üçün istifadə olunmalıdır”.
Əli Əhmədov bildirib ki, YAP seçkilərə böyük inamla gedir. Onun sözlərinə görə, partiyanın seçki proqramında dövlətimizin güclənməsi və əhalinin rifahının daha da yüksəlməsi prinsipləri geniş əksini tapıb: “Bu istiqamətlərdə xeyli iş görülüb, amma qarşımızda da böyük vəzifələr dayanır. Növbəti beş ildə daha böyük işlər görmək əzmindəyik, çünki bunun üçün imkanlar da artıb. Əgər noyabrın 7-də seçki günü yenə də mənə səs versəniz, etimadınızı layiqincə doğrultmağa çalışacağam”. Onun sözlərinə görə, YAP digərlərindən fərqli olaraq insanlara yalan vədlər vermir. Əli Əhmədov qeyd edib ki, partiyamızın seçki proqramı reallıqları özündə tam əks etdirir və bu proqram əsasında da qarşıda duran vəzifələr həll ediləcək.
Görüş zamanı çıxış edən seçicilər də noyabrın 7-də Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər. Seçicilərdən İmran Zalov bu məhəllədə yüzlərlə seçicinin yaşadığını deyərək onların səsvermədə iştirak edəcəklərini qeyd edib: “Biz deputatımızdan xeyli razıyıq, Əli Əhmədov Heydər Əliyev siyasətini ən fəal dəstəkləyən insanlardan biridir. Biz onun çıxışına diqqətlə qulaq asdıq və qeyd etməliyəm ki, onun fikirlərinin hamısı həqiqətdir. Bu gün Azərbaycan sürətlə inkişaf edir. ötən beş ildə ölkəmizdə xeyli dəyişikliklər baş verib. Biz kimin nə işlər gördüyünü yaxşı bilirik. Ona görə də, yenə də deputatımız Əli Əhmədova səs verəcəyik”.
Digər bir seçici Dilşad Nəzərəliyeva da bütün yaxınları ilə birlikdə seçkilərdə YAP-ın namizədi Əli Əhmədova səs verəcəyini bildirib: “Fəaliyyəti dövründə Əli Əhmədov əsl millət vəkili olduğunu təsdiq edib. O, bizim müraciətlərə diqqətlə yanaşıb. Şəxsən mənim xəstə qardaşımın şəfa tapmasında Əli müəllim böyük köməklik göstərdi. Nəinki mənim ailəm, bütün yaxınlarım, qohumlarım noyabrın 7-də Əli Əhmədova səs verəcək”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

