Azərbaycan-Çin əməkdaşlığı yeni müstəvidə
25.01.2023 [12:56]
Ölkəmizdə iqtisadi islahatların həyata keçirilməsi, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi-mədəni əlaqələrinin genişlənməsi, xüsusilə neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin bağlanması və reallaşdırılması ölkəmizin dünyada nüfuzunu artırıb. Prezident İlham Əliyevin rəhbərliyi, qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində Müzəffər Ordumuz 30 illik işğala son qoydu. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin tərəfdaşlarının sayı artır.
Azərbaycan dövləti qalib ölkə kimi dünya dövlətləri arasında bu gün də öz sözünü deməkdədir. Artıq hər gün xalqımızın yaddaşında, dövlətimizin tarixində əlamətdar hadisələrlə yadda qalır. Qalib ölkənin rəhbəri kimi Prezident İlham Əliyev qonşu dövlətlərə səfərlər edir, dövlət başçıları ilə görüşür, keçirilən beynəlxalq tədbirlərdə iştirak edir.
Cari ilin 17 yanvar tarixi Prezident İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi ilə yadda qaldı. Prezident İlham Əliyevin çıxışında səslənən fikirlərdə Azərbaycan və Çin arasında olan münasibətlərin yeni müstəvidə inkişaf etdiyi vurğulandı.
Son illər Azərbaycanla-Çin arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. Davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Bu iki ölkə həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərinə müsbət yanaşır, üzərinə düşən öhdəliyi yerinə yetirir, nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini reallaşdırır.
Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edir. Azərbaycan Respublikasının “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman qeyd edir. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir.
Azərbaycan və Çin arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər hər iki dövlətin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir.
Müsahibə zamanı qeyd edilib ki, Azərbaycanın tranzit ölkə kimi imkanları Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməsi bizim üçün çoxlu imkanlar yaradır. Bu baxımdan Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılması mühüm əhəmiyyət kəsb edəcəkdir. Hazırda həmin ərazidə tamamlama işləri görülür. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcəklər.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxAnalitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45

