“Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda ümumrayon tədbiri keçirilib
08.03.2023 [10:27]
Tərtərdə “Heydər Əliyev ili” çərçivəsində 8 mart Beynəlxalq Qadınlar günü ərəfəsində “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda ümumrayon tədbiri keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi şəhidlərinin anaları və həyat yoldaşları iştirak ediblər.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra rayon rəhbəri şəhid analarını, tərtərli ana və bacıları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edib, hər birinə cansağlığı, səadət və gələcək işlərində uğurlar arzulayıb.
İcra başçısı bu bayram günündə ən xoş arzularını şəhid analarına, tərtərli ana və bacılarımıza ünvanlanladığını, şəhid analarının qarşısında baş əyib, onların əllərindən öpdüyünü bildirib. Qeyd edib ki, onlar vətənə olan sonsuz sevgilərini 44 günlük Vətən müharibəsinə igid oğullar yola salmaqla sübut ediblər. Vətənə məhəbbətlərini övlad məhəbbətindən də üstün tutublar.
Rayon rəhbəri şəhid ailələrinin qayğıları və problemləri ilə də maraqlanıb.
Tədbirdə şəhid Hacıyev Ceyhunun anası Hacıyeva Qətibə, şəhid Mirzəli Rəşadın anası Afiqə Mirzəyeva, şəhid Şirinli Nurlanın anası Esmira Şirinova, şəhid Abbasov Aysənanın anası Rəna Abbasova çıxış edərək ölkəmizdə şəhid ailələrinin və qazilərinin problemlərinin daim diqqətdə saxlanıldığını, şəhidlərin doğum və anım günləri tədbirlərinin yüksək səviyədə təşkil olunduğunu, şəhid adlarının əbədiləşdirildiyini qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda şəhid analarına rayon icra hakimiyyəti və YAP Tərtər rayon təşkilatı tərəfindən təşəkkürnamələr və hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59

