Sağlam siyasi dialoq Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək
03.04.2023 [12:23]
Demokratik idarəetmə sisteminin formalaşması üçün hakim mövqedə qərar tutan iqtidarın fikirlərinə və qərarlarına fərqli, alternativ yanaşma nümayiş etdirən müxalifətin mövcudluğu təbii və labüddür. Ölkənin siyasi sisteminin inkişaf etməsi, dayanıqlılığının artması baxımından iqtidar qədər müxalifətin də üzərinə düşən məsuliyyətlər var ki, bu məsuliyyətin öhdəsindən gələ bilmək üçün hər iki tərəfdə mühakimə qabiliyyəti, vətənpərvərlik duyğusu və yüksək siyasi mədəniyyətin olması vacibdir. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.
Azərbaycanda siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarıb.
Son illərin siyasi dialoqla bağlı tarixçəsinə nəzər salanda bir neçə xüsusi məqamı qeyd edə bilərik. Bunlardan biri Vətən müharibəsi zamanı antimilli partiyalardan başqa əksər partiyaların birliyi idi. Digər önəmli faktorlardan biri də “Siyasi Partiyalar Haqqında” yeni qanun layihəsinin qəbul edilməsi idi. Bəzi dairələr qanun layihəsi ilə bağlı çaşqınlıq yaratmağa çalışsalar da bu niyyətləri baş tutmadı. Çünki, bu qanunvericlilik aktı siyasi sistemin inkişafına yönələn növbəti mütərəqqi addımdır. Qanun layihəsinin müzakirəsi zamanı rəy və təkliflərin bildirilməsi üçün lazımi şəraitin yaradılması, eləcə də ictimai dinləmələrin keçirilməsi, ictimai rəy sorğusunun keçirilməsi, ictimai rəy və Milli Məclisin iclaslarından sonra müsbətə doğru 100-dən çox düzəlişin edilməsi, Venesiya Komissiyasının tövsiyələrinin nəzərə alınması şəffaflığı və qanun layihəsinin əhəmiyyətini xarakterizə edir.
Cənab Prezident hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərin olmasına ehtiyacımızın olduğunu bildirib. Əlbəttə ki, milli birlik, həmrəylik uğurları şərtləndirən amillər sırasındadır. "Siyasi partiyalar haqqında" yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü kimi diqqəti çəkmədi. Bu həm siyasi dialoqun, əməkdaşlığı müstəviyə çıxaran ali siyasi iradənin təzahürüdür. Söz yox ki, dövlət başçısının təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir.
Siyasi dialoq artıq narahatçılıq doğuran məsələlərin bilavasitə iqtidarın nümayəndələrinə çatdırmaq, siyasi partiyalar üçün yeni bir şəraitin təmini ölkədə yeni konfiqurasiyanın yaradılmasına imkan verdi. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var”.
Müxalifətin başlıca məqsədi yalnız iqtidarın bu və ya digər sahədəki fəaliyyətini tənqid etməklə yekunlaşmamalı, eyni zamanda cəmiyyətdəki mövcud siyasi qüvvələr arasında sivil münasibətlərin qurulmasını, milli məsələlərin həllində vahid mövqe nümayiş etdirilməsini də əhatə etməlidir.İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə 50-yə yaxın siyasi partiyanın birlik nümayiş etdirməsi bunun bariz nümunəsi oldu.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35

