Əhalinin sosial müdafiəsinin mükəmməl modelini yaradan Lider
10.04.2023 [16:28]
Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən Ulu öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.
Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Möhtərəm Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.2003-2020-ci illər mahiyyət etibarı ilə Azərbaycanın özünün ən böyük və ali məqsədinə, işğal altında olan torpaqların azad edilməsinə nail olması üçün keçdiyi hazırlıq dövrü idi.
2018-ci ildə, bir çoxları bunu hələ hiss etməsələr də, artıq işğala son qoymaq üçün əlverişli tarixi şərait yetişmək üzrə idi. Azərbaycan isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə öz hazırlıqlarını sona çatdırmaqda idi. Əlbəttə ki, belə bir məsuliyyətli tarixi məqamda işğala tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Eyni zamanda da, həmin dövrdə yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdi. Beləliklə, Azərbaycan növbədənkənar prezident seçkilərinə getdi və tarix çox az bir müddət sonra bu addımın nə qədər düzgün və uğurlu olduğunu göstərdi. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki oldu. Seçki marafonunda müxtəlif partiyaları təmsil edən 8 namizəd iştirak etmişdi. Səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etdiyi şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq (86,02 %) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Cənab İlham Əliyev ötən dövr ərzində həyata keçirdiyi genişmiqyaslı, misilsiz işləri ilə, həqiqətən də, hər bir azərbaycanlının Prezidenti olduğunu tam təsdiq etmişdir. Azərbaycan ərazisinə, əhalinin sayına və iqtisadiyyatının həcminə görə böyük ölkə olmasa da, onun İlham Əliyev kimi böyük Lideri, müdrik və uzaqgörən rəhbəri vardır. ABŞ-ın nüfuzlu konqresmeni Kurt Ueldonun sözləri ilə desək: "Bir çox xalqlar arzulayırlar ki, onların da cənab İlham Əliyev kimi bacarıqlı, 5 dildə danışa bilən, müxtəlif mövzulara dair geniş bilgilərə malik, geniş dünyagörüşlü Lideri olsun. Hesab edirəm ki, bu mənada Azərbaycan xoşbəxt ölkədir, çünki bu ölkəyə İlham Əliyev kimi Lider qismət olmuşdur”. Məhz İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli lider Heydər Əliyev siyasəti yaşayır və cəmiyyətimizin həyatında, dünyada baş verən proseslərə, müasir dövrün tələb və çağırışlarına uyğun olaraq təkmilləşdirilir, modernləşdirilir və uğurla davam etdirilir. Heç bir alternativi olmayan bu ümummilli inkişaf yolu həm müasir Azərbaycanın memarı Ümummilli lider Heydər Əliyevin, həm də 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xalqımızın suveren və firavan gələcəyi ilə bağlı arzularını tam gerçəkliyə çevirməklə yanaşı, bizi daha böyük uğurlara, tərəqqiyə və ümumxalq rifahına aparır.
Azərbaycanın gələcəyinə xidmət edən enerji strategiyası, çoxşaxəli enerji siyasəti ölkəmizi regional və qlobal əhəmiyyətli bir mərkəzə çevirib. Azərbaycan enerji üzrə əlaqələrdə regional və qlobal əhəmiyyətini, eləcə də özünün enerji potensialını düzgün qiymətləndirərək, əlaqələri bu əsasda qurur. Ölkəmizin enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa regionu ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Bu gün, tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Ulu Öndərin siyasətini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində, Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Bütün sahələrdə görülən işlər və qazanılan uğurlar onu göstərir ki, Azərbaycan xalqı düzgün seçim edib. Bu gün müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş,həm daxili həm xarici siyasət, 44 gün davam edən və Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ölkədə həyata keçirilən siyasi və iqtisadi islahatlar , sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar imkan verir ki, gələcəkdə də Azərbaycan bütün sahələrdə daha yüksək nəticələr əldə etsin. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxHadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57

