Qarşılıqlı maraq doğuran yeni əməkdaşlıq
13.04.2023 [11:33]
Son illərdə Azərbaycanla əlaqələri sürətlə inkişaf edən ölkələrdən biri də Tacikistandır. Azərbaycan-Tacikistan münasibətlərinin tarixi uzaq əsrlərə təsadüf edir. Avrasiya regionunun strateji əhəmiyyətə malik ölkələrindən biri olan Tacikistanla diplomatik münasibətlər 29 may 1992-ci ildə yaradılıb. Son illərdə isə iki ölkə arasında əlaqələr daha sürətlə inkişaf edir. Bu gün ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur ki, bu da digər sahələrdə əməkdaşığı inkişaf etdirmək üçün münbit şərait yaradır.
Prezident İlham Əliyev aprelin 5-də Tacikistan Respublikasında rəsmi səfərdə olub. Olduqca məhsuldar keçən səfər çərçivəsində dövlətimizin başçısı Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib. Bütövlükdə bu səfər Azərbaycan-Tacikistan əlaqələrinin geniş potensiala malik olduğunu və hər iki ölkənin əməkdaşlığın genişlənməsinə maraq göstərdiyini nümayiş etdirib.
Azərbaycan və Tacikistan prezidentləri arasında keçirilmiş təkbətək və geniş tərkibli görüşdən, eləcə də sənədlərin imzalanmasından sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlət başçımız bildirib ki, bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi. Prezident İlham Əliyev bəyanatında iki ölkə arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafından danışaraq, bunun 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsi olduğunu qeyd edib. Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Bizim bugünkü uğurlu inkişafımız göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər. Həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bilməlidir ki, bugünkü uğurlu inkişafın arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin gərgin əməyi, böyük zəhməti durur.
Əminliklə söyləyə bilərik ki, Prezident İlham Əliyevin Düşənbə səfəri hər iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq. Azərbaycanla Tacikistanın həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığının hərtərəfli genişlənməsinə geniş imkanlar yaradacaq. Bunu iki dövlət arasında imzalanan sənədlər də bir daha təsdiqləyir. Çünki bu sənədlər dövlətlərarası münasibətlərin gündəliyini keyfiyyətcə yeni məzmunla zənginləşdirəcək. Cənab Prezidentin qeyd etdiyi kimi, səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Prezident İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişafında mühüm rol oynayacaq.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

