“Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib
20.04.2023 [20:12]
Müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Nəsimi RİH, YAP Nəsimi rayon təşkilatı və Nəsimi Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Daha sonra Dövlət Himni səsləndirilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, Ulu öndər Heydər Əliyev haqqında fikirlərini bölüşüb. Qeyd olunub ki, bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan Ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində Heydər Əliyevin böyük əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var. “Ulu öndər Heydər Əliyev bütün varlığı ilə, bütün bilik və bacarığı ilə xalqına, torpağına bağlı bir dahi şəxsiyyət idi. Onun rəhbərliyi ilə Azərbaycan parçalanmaqdan, bir dövlət kimi yox olmaq təhlükəsindən xilas oldu. Güclü və qüdrətli Azərbaycanın gələcək nailiyyətləri məhz Ulu öndərin adı ilə bağlıdır. Bu gün biz qalib xalq kimi bir daha fəxr edirik ki, azərbaycanlıyıq. Hər birimiz Ulu öndərin ruhu qarşısında baş əyir, onun xatirəsini daima uca tuturuq. Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət bizi daha da qüdrətli və yenilməz bir dövlətə çevirir”.
Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Tibb elmləri doktoru, professor Vaqif Şadlinski Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Bildirilib ki, Ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycanı güclü, mətin, müstəqil görmək istəyirdi, bundan ötrü qüvvəsini əsirgəmədi və Ulu Tanrının ona bəxş etdiyi fitri istedadı, qətiyyəti, diplomatik qüdrətini tam surətdə bu istiqamətə yönəltdi.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov gənclərə Ulu öndər Heydər Əliyevin təhsilə olan qayğısından söz açıb. Bildirilib ki, Ulu öndər təhsilə, elmə xüsusi diqqət göstərmiş, Azərbaycan elminin inkişafı istiqamətində böyük işlərə imza atmışdır.
ADU-nun 3-cü kurs tələbəsi Jalə Eyvazova Ulu öndərin Azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycanı güclü dövlətə, müasir dünya ilə ayaqlaşan bir regiona çevirən siyasətin əsasını qoyub.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

