/ / Moskva görüşü müharibədə qazanılan qələbənin masada möhkəmləndirilməsi kimi qiymətləndirilməlidir
Moskva görüşü müharibədə qazanılan qələbənin masada möhkəmləndirilməsi kimi qiymətləndirilməlidir
31.05.2023 [11:16]
Prezident İlham Əliyevin cari ilin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı bir daha göstərdi ki, Azərbaycan müharibədə qalib gələn ölkə olmasından asılı olmayaraq heç bir əsassız iddia irəli sürmədən sülh prosesinə sadiqdir. Çünki cənab Prezidentin də qeyd etdiyi kimi iqtisadi inkişaf ilk növbədə barış siyasəindən, əmin-amanlıqdan irəli gələn bir prosesdir. Azərbaycan da həmişə bu siyaəsti yürüdür və bunun nəticəsi olaraq iqtisadi müstəqilliyə nail ola bilmişik. Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf etdirməsi, sülh prosesinə sadiqlik bu siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Bu gün üçün prioritet məsələ odur ki, Sülh gündəliyi öz aktuallığını qoruyur. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Biz bu imkanlardan yaralanmağı təklif edirik. Ermənistan isə nə siyasi, nə də iqtisadi cəhətdən müstəqil olmadığından təbiidir ki, öz ağalarının ağzına baxır. Onların da hər birinin öz maraqları olduğundan əziyyət çəkən yenə də Azərbaycan və Ermənistan olur. Təbiidir ki ən çox da Ermənistan. Bütün çətinlikləri ardıcıl olaraq dəf edən Azərbaycan nail olduğu inkişafı sürətlə davam etdirdiyi halda, Ermənistan hələ də bütün layihələrdən kənarda qalmaqda davam edir. Görüşdə Rusiya Prezidentinin Ermənistanın iqtisadi inkiş.afına ironik münasibəti də buradan irəli gəlirdi.Cənab İlham Əliyevin diplomatik gedişi belə bir ironik münasibətin yaranmasına gətirib çıxardı və bir daha Ermənistan gülünc vəziyyətə düşmüş oldu.
Cənab Prezident son illərdə Azərbaycanın iqtisadi inkişafını konkret rəqəmlərlə ifadə edərək bildirdi: “Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub”. Bu rəqəmlər onu göstərir ki, Birlik üzvü olan Ermənistanla müqayisədə qat-qat artıqdır.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşdiyini və logistik imkanlarını şərh edən ölkə başçısı bizimlə əməkdaşlığın zəruriliyini diqqətə çatdıraraq bildirdi: “Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq.”
Nikol Paşinyanın mənasız replikalarına əsaslı artqumentlərlə cavab verən cənab ilham Əliyev bir daha qətiyyətli mövqeyini ifadə etdi: “Lakin Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Vladimir Vladimiroviçin dediyi kimi və Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, hesab edirəm ki, sülh sazişinə nail olmaq üçün imkanlar var.” Yəni ki, nə qədər gec deyil, ermənistan bu imkanları dəyərləndirməli və əlində olanları da itirməməsi üçün mövqeyini müəyyənləşdirməlidir. Əks təqdirdə uduzan tərəf onlar olacaqlar.
Bu görüş Azərbaycanın döyüş meydanında qazandıqlarının diplomatiya masasında bir daha təsdiqi olmaqla bərabər, Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsinin daha asan olacağını göstərmiş oldu. Bir sözlə, Moskva görüşü müharibədə qazanılan qələbənin masada möhkəmləndirilməsi kimi qiymətləndirilməlidir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

