Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq prinsipləri üzərində qurulub
22.06.2023 [11:30]
Bildiyimiz kimi, Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş olan belə ölkələrdən biri də Pakistan dövlətidir. Azərbaycan və Pakistan xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinə dərin hörmət və ehtiramla yanaşıblar. Azərbaycan və Pakistan arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri, yalnız hərbi, iqtisadi-strateji faydaya deyil, həm də, ənənəvi tarixi-mədəni köklərə əsaslanır. Azərbaycan və Pakistan xalqları daim tarixin ən çətin dönəmlərində dostluq, qardaşlıq nümunəsini bütün dünyaya nümayiş etdirə bilmişlər. Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. İki ölkə arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda, bu siyasət ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Cari ilin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri mövcud münasibətlərin və tərəfdaşlığın möhkəmlənməsi və iki ölkə arasında hərbi-siyasi əlaqələrdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ölkə Prezidentlərinin birgə bəyanatı zamanı bu mövzuya toxunan Ölkə başçısı, cənab İlham Əliyev bildirmişdir: - “Müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac var, çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır”.
Qeyd etmək lazımdır ki, Pakistan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib və bu günədək də Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu dövlət kimi tanımayıb. Birgə bəyanat zamanı Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bir daha bu məqamın üzərində dayanaraq demişdir: -“Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz Azərbaycanın Qarabağ üzərində hüququnu hər zaman birmənalı şəkildə dəstəkləmişik”. Ölkə başçısı, cənab İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Pakistanın Azərbaycana davamlı dəstəyinə görə minnətdarlığını ifadə edərək Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəklədiyini qeyd etmişdir: - “Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib. Bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”.
Göründüyü kimi, Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq prinsipləri üzərində qurulub. Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini müdafiə edir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə, əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə, bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması, eləcə də, digər sahələrdə əməkdaşlıq edirlər. Şübhəsiz ki, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri bütün bu əməkdaşlıqların möhkəmlənməsinə daha bir töhfə olacaqdır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq prinsipləri üzərində qurulduğundan, hər iki dövləti daim inkişaf, xoş gələcək gözləyir.
Müşfiq Səfərov.
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

