Azərbaycanın nəqliyyat infrastrukturu beynəlxalq standartlara cavab verir
27.07.2023 [11:41]
Prezident İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsi bu gün mühüm məqamları ilə ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Dövlət başçısı əsaslı şəkildə Azərbaycan-Çin münasibətlərinin hazırkı inkişaf səviyyəsinə diqqət yönəltdi. Qeyd edildi ki, bu gün iki dövlət arasında əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.
Dövlət başçısı İlham Əliyev müsahibəsində müxbirin Ulu Öndər Heydər Əliyevin təkcə müasir Azərbaycanın qurucusu deyil, Çin-Azərbaycan dostluğunun təməlini qoyan şəxs olması ilə bağlı fikrinə münasibətinə onu da əlavə etdi ki, Ulu Öndər Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir.
Çinin təşəbbüskarı olduğu “Bir kəmər-bir yol” layihəsini ilk dəstəkləyənlər arasında ölkəmizin də olduğunu xatırladan Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq tranzit imkanlarını dünyaya təqdim etdiyini və bunun üçün kifayət qədər əsaslı infrastrukturu olduğunu diqqətə çatdırdı.
Reallıq budur ki, inkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Azərbaycanın coğrafi üstünlükləri məlumdur. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Lakin nəqliyyat infrastrukturunun olmaması elə bir vəziyyət yaratmışdı ki, coğrafiyadan istifadə edilmirdi. “Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladıq. İlk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün bu sahəyə böyük sərmayə yatırıldı. Eyni zamanda, qonşularımızla da bağlantı körpüləri qurulmağa başlanıldı. Mühüm tranzit ölkəsi olmaq arzusunda idik. Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz. Bu isə Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi idi. Prioritet qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaq idi.
Bu reallıq inkaredilməzdir ki, Azərbaycan “Bir kəmər, bir yol” layihəsinə qoşularkən artıq böyük infrastruktura malik idi. Azərbaycanın tranzit imkanları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da geniş təqdir edilir. Təkmilləşməyə, yeniləşməyə böyük maraq göstərən ölkəmiz daim infrastrukturu yeniləşdirir. Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi ildən-ilə artır. Bu gün Azərbaycanın nəqliyyat infrastrukturu artıq yüksək beynəlxalq standartlara cavab verir. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Azərbaycan Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bir sözlə, qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir.
Prezident İlham Əliyevin sözügedən müsahibəsi Azərbaycanın xarici siyasət uğurlarının təqdimatında əhəmiyyətli rol oynayır. Regional əməkdaşlığın, həmçinin beynəlxalq əlaqələrin coğrafiyasının genişləndirilməsində maraqlı olan ölkəmizin xarici siyasətinin prinsiplərinin dəyyişməzliyi fonunda qazanılan uğurların miqyası daha da artır. Tarixi Zəfərimizdən sonra günümüzün əsas məsələsi olan Zəngəzur dəhlizinin açılması ölkəmizin tranzit imkanlarının genişlənməsində öz sözünü deyəcək. Avropanı Asiya ilə birləşdirən ən qısa yol kimi dəyərləndirilən Zəngəzur dəhlizi tərəfdaş ölkələrin yükdaşıma problemlərinin həllində önəmli rol oynayacaq və bölgədə əməkdaşlığın genişlənməsi imkanları artacaq.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

