Ağstafada Azərbaycan dövlətinin növbəti uğuru mövzusunda tədbir keçirilib
23.10.2023 [11:08]
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatında partiya veteranlarının iştirakı ilə günümüzün aktual məsələlərindən biri olan cənab prezident İlham Əliyevin Xocalı, Xocavənd, Ağdərə şəhərlərində Azərbaycan bayrağını ucaltması münasibətilə dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev qeyd edib ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ ərazisində suverenliyimiz tam təmin ediləndən sonra Azərbaycan cəmiyyəti Xankəndində və digər ərazilərimizdə bayrağımızın ucaldılmasını səbirsizliklə gözləyirdi. Nəhayət, o şərəfli və tarixi gün də gəlib çatdı. Nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən cənab İlham Əliyev Xankəndində üçrəngli bayrağımızın ucaldılması sevincini bizlərə tarixi gündə - prezident seçilməsinin 20-ci ilinin tamam olduğu 15 oktyabr 2023-cü ildə yaşatdı. Həmin gün bayrağımız həmçinin Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində və Sərsəng su anbarının ərazisində də ucaldılmışdır. Hazırda Xocalıda bayrağımızın dalğalanması böyük ermənistan xəstəliyinə yoluxmuş ermənilər üçün göz dağıdır. Ermənilər 1992-ci ilin fevral ayında burada azərbaycanlılara qarşı soyqırım törətmişdilər, şəhər bir neçə saatın içərisində yerlə yeksan edilmiş, uşaqlara, qadınlara, qocalara belə aman verilməmiş, amansızlıqla qətlə yetirilmişdilər. Xocalı yarası hər bir azərbaycanlının qəlbini göynədir, qaysaq bağlamamışdı. 15 oktyabrda Xocalı şəhərində də bayrağımızın ucaldılmasından sonra şəhidlərimizin ruhları rahatlıq tapa bilər. Qisasımız qiyamətə qalmadı.
Daha sonra çıxış edən natiqlər – partiya veteranları Məmməd Məmmədov, Nəriman Mehdiyev və Saqif Babayev bildiriblər ki, Heydər Əliyev siyasi kursunu davam etdirərək Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji kurs Azərbaycana böyük uğurlar gətirib. 20 il ərzində ölkəmiz onun rəhbərliyi ilə zirvələrdən zirvələrə yüksəlmişdir. Ən böyük nailiyyətimiz isə heç şübhəsiz ki, ərazi bütövlüyümüzün və Qarabağda suverenliyimizin tam bərpa olunmasıdır. Əminliklə deyə bilərik ki, Azərbaycan öz Liderinin qətiyyətli iradəsi sayəsində 20 il ərzində suverenliyə gedən yolda olub və bu məqsədə nail olmaq üçün addım-addım irəliləyib.
Daha sonra mövzu ətrafında geniş müzakirə aparılıb.
Sonda YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fəallığına və 60 illik yubileyi münasibətilə partiya veteranı Saqif Babayevə və 75 illik yubileyi münasibətilə Vidadi Həsənova fəxri fərmanlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45

