Qubadlı yeni inkişaf dövrünü yaşayır
25.10.2023 [15:16]
Azərbaycanın ən dilbər guşələrindən biri olan Qubadlı rayonu 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Qarabağ Azərbaycan xalqının tarixi-mədəni irsinin zəngin olduğu ərazidir. Onun hər yerində olduğu kimi Qubadlı rayonunda da Azərbaycan xalqının silinməz izləri var. Ermənilər öz ənənələrinə sadiq qalaraq Kəlbəcərdə etdikləri kimi, Qubadlıda da bu ərazini tərk edərkən vəhşiliklər törətdilər, əraziləri dağıtdılar. "Mənim olmayacaqsa, azərbaycanlıların da olmamalı" düşüncəsi ilə hərəkət etdilər. İşğal nəticəsində 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdıldı.
Üç il əvvəl Azərbaycan Ordusu 44 gün ərzində elə bir tarixi zəfərə imza atdı ki, biz bundan sonra işğal tarixlərinin acı, məyusedici xatirələrini, ildönümlərini deyil, qələbəmizin iftixarını, sevincini təntənəsini, torpaqlarımızın işğaldan azad olunduğu günləri qeyd edəcəyik. Artıq Qubadlının azad olunmasından üç il ötür. Qubadlının işğaldan azad olunması Azərbaycan ordusunun Laçına, oradan isə Şuşaya gedən yolunu açdı. Nəzərə alsaq ki, düşmən burada 30 il ərzində istehkamlar quraraq möhkəmlənmişdi, bu mənada Qubadlı uğrunda gedən döyüşlər kifayət qədər ağır döyüşlər idi. Amma güclü Azərbaycan Ordusu bu döyüşdə də uğur qazanaraq, düşmənin bütün hədəflərini məhv etdi və Qubadlı 27 illik əsarətdən sonra azadlığına qovuşdu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 23.12.2020-ci il tarixində azad olunmuş Qubadlıya səfəri edərək Qubadlıda Azərbaycan bayrağının ucaltdı.
Artıq işğaldan azad edilmiş ərazilərimizə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səfər etmələri ənənəyə çevrilmişdir. Bu ənənəyə sadiq qalaraq, Qubadlının azad olunmasının bir ili münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 25.10.2021-ci il tarixdə Azad olunmuş Qubadlıya səfər edərkən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində və “Qubadlı” yarımstansiyasının açılışında və Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak edib, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti dəfə 2022-ci il oktyabrın 19-da Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər. Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub.
Bu gün isə Qubadlı artıq özünün yeni inkişaf dövrünü yaşayır. Rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulur. Ölkə Prezidenti cənab İlham Əliyevin bu rayona etdiyi səfərlər Qubadlıda aparılan yenidənqurma işlərinin dövlətin diqqət mərkəzində saxlandığını təsdiq edir. Həmçinin bu ilin may ayında cənab Prezident Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlini qoymuşdur. Cənab Prezidentin bildirdiyi kimi, "Peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat – bütün bu amillər birlikdə və xalq-iqtidar birliyi bizim Qələbəmizi şərtləndirdi". İşğaldan azad olunan Qubadlıda yeni bir həyat başlayır, abad, firavan və laləzarlığa qərq olmuş müasir Qubadlı çox keçməz ki, əzəli sakinlərini qoynuna alacaq.
Yeni Azərbaycan Partiyası
Samux rayon təşkilatının sədri Gündüz Bayramov.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10

