Azərbaycan həqiqətləri diqqət mərkəzində
12.12.2023 [12:43]
Məlum olduğu kimi, dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. 30 ölkədən gəlmiş 60 ekspertin iştirak etdiyi Forumda Dövlətimizin başçısı iştirakçıların suallarını cavablandırıb.
Prezident İlham Əliyev Forumda bir daha mövcud reallıqları, Azərbaycan həqiqətlərini diqqətə çatdırıb, çox böyük əhəmiyyət kəsb edən məsələlərə toxunub. Ölkə başçısı Azərbaycan-Ermənistan məsələləri, sülh müqaviləsinin imzalanması, regionda baş verən hadisələr və digər müzakirə obyekti olan mövzularlardan söhbət açıb, bir çox məqamlara aydınlıq gətirib. Üç saat davam edən forumda prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinə aparan yolda əldə olunmuş nailiyyətlər haqqında, eləcə də ölkəmizin suverenliyini bərpa etmək imkanına hazırlıq barədə önəmli fikirlər səsləndirib.
Ölkə başçısı bəyan edib ki, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. “Regionda vəziyyətin dəyişməsi təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik, Azərbaycan təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdi. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi və biz onları ötən görüşlərimizdə ətraflı şəkildə müzakirə etmişik “- deyə prezident İlham Əliyev bildirib.
Çıxışında bir gündən də az sürən antiterror əməliyyatına toxunan Prezident İlham Əliyev əməliyyat Azərbaycana suverenliyini bərpa etmək imkanı verdiyini, əməliyyat zamanı mülki infrastruktura zərər dəymədiyini və dinc əhali arasında itkilərin olmadığını bildirib.
Dövlətimizin başçısı açıq şəkildə onu da bildirib ki, əgər Ermənistan Qarabağdan qanunsuz silahlı birləşmələrini zamanında çıxarsaydı, seperatçılar öz dağıdıcı fəaliyyətindən əl çəksəydilər heç lokal antiterror tədbirlərinə də ehtiyac qalmayacaqdı. Bütün bu hadisələr Ermənistanın və ona havadarlıq edən bir çox dövlətlərin pozuculuq, separatçılıq niyyətləri nəticəsində baş verdi.
Bu gün Azərbaycan müstəqil dövlətdir və Prezident İlham Əliyev müstəqil şəkildə daxili və xarici siyasət aparır və regional məslələrdə sülhün bərqərar olmasına çalışır, qlobal məsələlərin həlli istiqamətində əhəmiyyətli təşəbbüslərlə çıxışlar edir. Bununla da dünyaya öz töhfəsini verir. Ölkə başçısı Azərbaycanın müstəqil daxili və xarici siyasəti haqqında forum iştirakçılarına məlumat verib və Azərbaycanın məhz sülhün bərqərar olunması istəyən dövlətlərlə dostluq münasibəti qurmaq niyyətində olduğunu bəyan edib. Cənab İlham Əliyev “Sülhün bərqərar olması ilk növbədə məhz Ermənistana lazımdır. Başqa da hər hansı uzaqdan gələn dövlətlər regionda sülhün bərqərar olmasına mane olmamalıdır. Ölkəmizin haqq işinə kölgə salmaq istəyənlərin arzusu ürəyində qalacaq. Azərbaycan dövlət olaraq heç vaxt ədalətsizliklə barışmayacaq, necə ki, həmin dairələrin əbədiləşdirmək istədiyi Qarabağın işğalı ilə barışmadı. Bu gün isə həmin dairələr beynəlxalq hüququ tam təmin edərək bölgənin sülh və inkişaf təminatçısı olan Azərbaycana yaratdığı reallıqları qəbul etməyə borcludurlar”. -deyərək həm Ermənistana həm də onun havadarlarına mesaj göndərmiş oldu.
“Qarabağda yaşayan erməniləri öz vətəndaşımız hesab edirik. Biz düşünürük ki, onlar separatçıların liderləri tərəfindən manipulyasiya edilirlər. Biz onlara həmin ərazidə qalmaq və yaşamağa davam etmək üçün şərtlərimizi təklif etdik. Dediyim kimi, bu, tamamilə beynəlxalq hüquqa uyğun idi. Onların təhlükəsizliyi Azərbaycanın Konstitusiyasına uyğun və beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərimizə əsasən təmin ediləcək”. Bu fikirləri dövlətimizin başçısı Qarabağda yaşayan ermənilərlə bağlı sualı cavablandırarkən bildirib.
Beləliklə, dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forum Azərbaycan həqiqətlərini , mövcud reallıqları beynəlxalq aləmə çatdırılması baxımından önəmli hadisə olmaqla yanaşı, Ermənistana, onların havadarlarına verilən ciddi mesajlarla da yadda qaldı.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55

