Dünya ictimaiyyətinə mühüm mesajlar verildi
14.12.2023 [11:08]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Dekabrın 6-da ADA Universitetində reallaşan "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda Azərbaycanın 30 illik tarixinə, xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən 44 günlük Vətən müharibəsinə bir daha nəzər salınıb, 30 il ərzində reallaşmayan qətnamələrdən, torpaqlarımızın düşmən işğalından azad olmasından, Azərbaycanın Qələbəsinin regionda yaratdığı təhlükəsizlik mühitindən, inkişafdan danışılıb.
Haqq savaşında suverenliyini təmin edərək tarixi ədaləti yoluna qoyan Azərbaycanın Qalib Prezidenti cənab İlham Əliyev məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan çox xarici qonağın iştirak etdiyi bu Forumda həqiqətləri bir daha dünyaya bəyan etdi.
Qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektlərinin, Azərbaycanda beynəlxalq təcrübənin tətbiqinin müzakirə edildiyi Forum Azərbaycanın gücünün bir daha nümayişi oldu.
Dünyanın nüfuzlu beyin və tədqiqat mərkəzlərini təmsil edən ekspertlərin suallarını cavablandıran Prezident cənab İlham Əliyev ölkəmizlə bağlı mühüm mesajlar verərək bildirib ki, biz əlimizdən gələni edirik ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər, çünki onlar 30 il ərzində çətin şəraitdə yaşayıblar. Burada söhbət təkcə fiziki durumdan getmir. Söhbət 30 il ərazində doğma evlərindən məhrum edilmiş insanların psixoloji vəziyyətindən gedir. Onlar geri qayıtmaq vaxtını gözləyirdilər və bu gün biz əraziləri azad etdiyimiz üçün əlimizdən gələn hər şeyi edirik ki, prosesi sürətləndirək. Biz təhlükəni də yaxşı anlayırıq. Siz minaları qeyd etdiniz, bu, ən böyük təhlükələrdən biridir. Eyni zamanda, biz hər şeyi lazımi qaydada etmək istəyirik. Proses mümkün qədər tez keçməlidir, lakin fikrimiz ondan ibarətdir ki, burada ən yaxşı memarlıq təcrübəsi və ən yaxşı texnologiya, o cümlədən yaşıl texnologiya tətbiq edilməlidir ki, yaşayış üçün ən yaxşı şərait yaradılsın.
Regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır - deyə regionda baş verən dəyişikliklərə toxunan Azərbaycanın Lideri cənab İlham Əliyev onu da qeyd edib ki, "Bu təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik, eyni şəkildə biz təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdik. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı".
Ən başıcası isə ölkə Prezidenti, Ali Baş Komandan bir daha sülh müqaviləsini imzalamaqdan yayınan, Fransa, Hindistan tərəfindən silahlanmağa can atan rəsmi İrəvana xəbərdarlıq etdi: Ermənistanı silahla təchiz edən Fransa və Hindistan kimi ölkələr hazırda odun üstünə yağ tökür və Ermənistanda reallıqdan uzaq xülyalar yaradır. Guya onlar həmin silahlardan istifadə edərək Qarabağı geri ala bilərlər.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, güclü edib. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimiz yenidən qurulur, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımız evlərinə qayıdırlar. Özgə torpağına göz tikən düşmənin heç bir şansı yoxdur və heç bir zaman da olmayacaq.
Dövlətimizin başçısı Azərbaycanın ərazilərini uzun illər işğalda saxlamış düşmən ölkənin Qarabağın sülh yolu ilə azad olunması məsələsində beynəlxalq öhdəliklərini yerinə yetirmədiyini forum iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, üç il ərzində biz səbirli davrandıq, ümid edirdik ki, nəhayət, bu vəziyyətin həll yolu tapılacaq.
Dövlət başçısı eyni zamanda həm Qərb dövlətlərinin Azərbaycana münasibətini, həm də Azərbaycanın Qərbə münasibətini, ölkəmizin dünya dövlətləri ilə inteqrasiyasını, əməkdaşlığını, eyni zamanda çətinliklərini özü həll etmək iqtidarında olduğuna diqqət çəkib.
Nüfuzlu beynəlxalq forumda açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil edildi, Azərbaycanın haqq işi və regionumuzla bağlı həqiqətlərlə bağlı dünya ictimaiyyətinə mühüm mesajlar verildi.
Forumda iştirak edən məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq nümayəndələr də Azərbaycanın haqq işini bir daha müdafiə edərək ölkəmizin böyük uğurlarını alqışladılar.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45

