Xoşbəxt gələcəyə və yeni-yeni zəfərlərə hədəflənən tarixi qərar
18.12.2023 [14:35]
Zəfərlər partiyası olan Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilmiş genişləndirilmiş iclasında növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi daha xoşbəxt gələcəyimizə hədəflənən tarixi qərar olmaqla, bütöv bir xalqın istəyinin təcəssümüdür.
20 il öncə Azərbaycan xalqı sülhün, əmin-amanlığın, inkişafın və sabitliyin tərəfində olduğunu nümayiş etdirməklə, cənab İlham Əliyevi Prezident seçərək ölkədə Heydər Əliyev siyasətinə alternativin olmadığını göstərmişdir. Qədirbilən xalqımız “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən Prezident İlham Əliyevin fəaliyyəti dövründə vədinə əməl etdiyinin və sözün əsil mənasında hər bir Azərbaycanlının Prezidenti olduğunun şahididir.
Prezident İlham Əliyev ilk öncə demokratiyanın milli kimliyimizlə uzlaşan bir sistem olduğunu dünyaya sübut etdi, intellektual əsaslara söykənən modernist cəmiyyət formalaşdıra bildi və Azərbaycan xalqının istəyinə uyğun şəkildə ölkəyə rəhbərlik etmək imkanlarına malik tarixi şəxsiyyət olduğunu sübut etdi. Cənab İlham Əliyev yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin maraqlarını əsas götürərək dünyada gedən proseslərə təsir göstərmək, beynəlxalq təşkilatları məhz insan amilinə xidmət etməyə yönəltmək kimi məzmunlu siyasət həyata keçirən bir şəxsiyyət kimi dünyada tanınır.
Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Təkcə ölkəmizdə deyil, bütün dünyada müasir lider obrazı yaratmış Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyalarının praktiki nəticələrini nəzərdən keçirəndə tarixən zəngin dövlətçilik ənənəsinə malik Azərbaycan xalqının 2003-cü ilin 15 oktyabrında nə qədər doğru seçim etdiyi bir daha təsdiqlənir.
Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində ölkəmiz dünyada söz sahibinə çevrilib. Heç şübhəsiz, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə, dövlətçilik tariximizin ən mühüm-Zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olunmasıdır. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev “Böyük Qələbə”ni Azərbaycan xalqına bəxş etməklə, həyatını xalqımızın xoşbəxtliyinə həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırmış oldu. Nəyi nə zaman etməyi hamıdan yaxşı bilən İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti siyasi yüksəlişinin növbəti mərhələyə keçid edərək, tərəqqidən zəfərə yol açdı və Qarabağda suveren hüquqlarımız tam bərpa edildi. Məhz onun sayəsində güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müasir Azərbaycanın qüdrətinə çevrildi.
2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi Böyük Zəfərdən sonra bütün Azərbaycan xalqının ona bəslədiyi dərin hörmət, böyük inam və etimadının ən yüksək təzahürüdür. Xalqın öz qəhrəman oğluna inamı və etimadı ona görədir ki, Prezident İlham Əliyev Azərbaycanın tarixi qələbəsini təmin etdi, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi, xalqımıza möhtəşəm günlər yaşatmaqla mübarizə ruhunu özünə qaytardı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il 15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə üçrəngli bayrağımızı ucaltması ilə Azərbaycan bütövləşdi və xoş halımıza ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ərazilərimizdə vətəndaşlarımız öz seçki hüquqlarından istifadə edəcəklər.
Xalqımız əmindir ki, 2003-cü il 15 oktyabr prezident seçkilərindən start götürən və zamanın axarında öz layiqli yerini tutan Azərbaycan dövləti bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək və çiçəklənəcək.
Bu bir aksiomadır ki, qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən, Prezident İlham Əliyevin ətrafında monolit birləşməklə xalqın daha xoşbəxt gələcəyi naminə görəcəyi bütün işlərdə daim onunla birgə olacaq, yeni-yeni Zəfərlərə imza atacaqdır.
Vüqar İsayev
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29

