Dünya azərbaycanlıları alnıaçıq, üzüağ yaşayırlar
03.01.2024 [11:29]
Dekabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələrin baş verdiyini, o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacağını bildirib. Cənab İlham Əliyev məhz 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdiyini bildirərək , bu tarixi hadisə münasibətilə bir daha bütün Azərbaycan xalqını təbrik edib.
Azərbaycan hər zaman haqqın, ədalətli sülhün tərəfdarı olub. Sabitlik, sülh və əminamalıq dövlət başçımızın yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir.
Müraciətində bu məsələyə toxunan dövlətimizin başçısı bildirib ki, üç il ərzində biz bunu sülh yolu ilə həll etmək istəyirdik. Hesab edirdik ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracaq. Əfsuslar olsun ki, bu, belə olmadı. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi.
Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsilmişdir.
Hər zaman şəhid ailələrinə xüsusi diqət və qayğı göstərən, prezident İlham Əliyev şəhidlərimizin qanının yerdə qalmadığını, həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisasının döyüş meydanında alındığını vurğuladı.
Qərb ölkələrinin anti-Azərbaycan təbliğatı aparmasından, Ermənistanın arxasında dayanmasından bəhs edən ölkə başçısı bu ölkələrin Ermənistana daim dəstək göstərdiyini, ölkəmizə qarşı əsassız ittihamlar irəli sürdüklərini xatırladarak heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədiyini bildirib.
Prezident İlham Əliyev müraciətində “Heç kim bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın”, - deyərək bir daha ermənipərəst dairələrə mesaj göndərib.
Dövlətimizin başçısı Qarabağ və Şərqi Zəngəzurun bu gün böyük tikinti meydançasına çevrildiyini bildirib, şəhərlərimizi, kəndlərimizi yenidən qurur və artıq bu il 5 minə yaxın keçmiş köçkünün öz doğma torpaqlarına qayıtdığını, bu ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandığını vurğulayıb. Eyni zamanda bildirib ki, Ağalı kəndində də köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib.
2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlərin, qaçqınların qayıdacağını bildirən ölkə başçısı il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib, keçmiş köçkünlərin sərəncamına veriləcəyinin, eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinlərinin də öz evlərinə qayıdacaqlarının müjdəsini verib.
Ermənilərin törətdiyi vandalizmdən, vəhşiliklərdən danışan cənab Prezident qeyd edib ki, 30 il ərzində ermənilər bizim torpaqlarımızı dağıdaraq bütün evləri, tarixi binaları, məscidlərimizi yerlə-yeksan etmiş, çaylarımızı zəhərləmiş, meşələrimizi qırmış, bizə qarşı soyqırımı, eyni zamanda, urbisid, ekosid törətmişlər.
COP29-un gələn il Azərbaycanda keçirilməsindən bəhs edən ölkə başçısı, bu qərarın, Azərbaycana dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbət, eyni zamanda, ölkəmizin yaşıl enerjiyə keçidinə verilən böyük qiymət olduğunu bildirib .
Prezident cənab İlham Əliyev 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyi xatırladaraq, Ulu Öndərin 100 illiyinin bütün ölkə üzrə qeyd edildiyini vurğulayıb. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir.
“Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər”,- deyən ölkə başçısı bildirib ki, artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə, başını dik tutub, alnıaçıq, üzüağ yaşayırlar.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

