YAP Gənclər Birliyi yeni aksiyaya start verib
27.04.2012 [01:09]
YAP Gənclər Birliyi müraciətində deyilir: “Biz ərazisinin 20 faizi işğal edilmiş, bir milyon vətəndaşı didərgin salınmış, minlərlə övladı şəhid edilmiş ölkənin gəncləri olaraq Sizə müraciət edirik. Məqsədimiz yaxın tarixin acı həqiqətlərini diqqətinizə çatdırmaqdır. 20 il öncə qədim Azərbaycan torpağı Qarabağın incisi olan Şuşa adlı bir şəhər vardı. Bu şəhər dünyanın mədəni irsi kimi qorunan muğam sənətinin, Qarabağ xalçalarının, mədəniyyətin beşiyi olmuşdur. Şuşanın muzeylərində bəşər tarixinin daş dövrü, kitabxanalarında dünya ədəbiyyatı inciləri, qalalarında Azərbaycan xalqının qəhrəmanlıq tarixi qorunurdu.
Bizim ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa 20 il əvvəl dünya ictimaiyyətinin gözü qarşısında məhv edildi. Azərbaycanın ərazi bütövlüyünü pozan erməni silahlı qüvvələri 1992-ci il may ayının 8-də Şuşa şəhəri əhalisinə divan tutdu. Tarixi abidələr uçuruldu, muzeylər, kitabxanalar yandırıldı, heykəllər sanki canlıymış kimi güllələndi. Qafqazın ən qədim mədəniyyət mərkəzlərindən olan Şuşa şəhəri erməni vandalizminin qurbanı oldu. Şuşanın dinc sakinlərindən yüzlərlə insan öldürüldü, ağır yaralandı, əsir və girov götürüldü.
Azərbaycanın mədəniyyət beşiyi Şuşa 20 ildir ki, erməni hərbçilərinin işğalı altındadır. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqlar bu günə qədər heç bir nəticə verməmişdir.
Vaxt ötdükcə erməni işğalçılarının nəzarətində olan Şuşa şəhəri də digər işğal olunmuş ətraf ərazilər kimi amansız istismara və dağıntılara məruz qoyulur. Bu ərazilərdən ermənilər qanunsuz silah və narkotik ticarəti üçün geniş istifadə edirlər. Nəticədə işğal altında olan bu ərazilər təkcə ölkə və region üçün deyil, bütövlükdə dünyada sülhün və əminamanlığın qorunması yolunda böyük təhlükə mənbəyinə çevrilir. Biz gənc olaraq BMT, AŞ, Aİ, İKT və digər nüfuzlu təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamələri, beynəlxalq hüququn norma və prinsplərini əsas tutaraq Sizə müraciət edirik.
İnanırıq ki, Siz vətənimizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağın və Şuşa şəhərinin erməni silahlı qüvvələrinin işğalından tezliklə azad olunması üçün öz qətiyyətli mövqeyinizi ortaya qoyacaqsınız. Bu münaqişənin tezliklə həll edilməsi, minlərlə insanın öz doğma torpaqlarına geri dönməsi naminə əlinizdən gələni əsirgəməyəcəksiniz. Biz Yeni Azərbaycan Partiyasının gəncləri olaraq Sizə güvənir və ədalətin tezliklə zəfər çalacağına böyük ümidlər bəsləyirik”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

