Fransanın təxribat “xoruna” AŞPA da qoşuldu...
26.01.2024 [10:43]
Azərbaycan daha bir beynəlxalq riyakarlıqla üz-üzə qaldı. Sözdə “demokratiya, insan hüquqları” barədə beynəlxalq tribunalardan monoloqlar səsləndirən qərb institutları Avropa Şurası Parlament Assambleyasının simasında elan etdikləri prisnsiplərin tam əleyhinə olaraq, erməni diasporunun əlində oyuncağa çevrildiklərini açıqca ortaya qoydular. Uzun zaman idi ki, Fransanın Azərbaycan əleyhinə açıq düşmənçilik oyunları başlamışdı və artıq AŞPA da bu təxribat siyasətinə qoşulmuş oldu. Əslində hər şey Azərbaycanın 2020-ci ildə 44 günlük zəfər müharibəsini qazanmasından sonra başladı. Bu tarixi Qələbədən sonra Azərbaycan rəsmi Parisin açıq riyakarlığı ilə daha çox üzləşdi, ölkəmiz əleyhinə əsassız qətnamə qəbul olundu. Sözsüz ki, Azərbaycan parlamenti də Fransanın bu haqsızlığına adekvat cavab verdi. Ancaq ölkəmiz yenə də öz xoş niyyətini nümayiş etdirdi, Fransa ilə siyasi-iqtisadi əlaqələrin kəsilməsini istəmədi. Ancaq Paris son aylarda bütün siyasi əxlaq normalarını aşdığı və Azərbaycana qarşı bütün hüquq normalarını tapdaladığı üçün rəsmi Bakı da bunlara cavabsız qalmadı.
Bu gün reallıq ondan ibarətdir ki, artıq Fransa Azərbaycan üçün ikitərəfli münasibətlərdə məqbul hesab ediləcək ölkə kimi hörmət və etibarını itirib, xüsusilə də Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamağa yaxın olduğu bir şəraitdə Parisin bu proseslərdə iştirakı qətiyyən arzuolunan deyil. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edir. Fransa faktiki olaraq müstəqil Azərbaycan dövlətinin maraqları əleyhinə fəaliyyət göstərir, anti-Azərbaycan siyasəti yürüdür və açıq şəkildə Ermənistanı hərbi təxribat törətmək üçün addımlar atmağa sövq edir. AŞPA-nın bu əsassız addımlarının ayaq izləri də birbaşa Emmanuel Makronun kabinetinə aparır...
Diqqətlə baxaq: AŞPA-nın Azərbaycan əleyhinə qərarı hiyləgər strategiya, Avropada, ən başlıcası, Fransada fəaliyyət göstərən erməni lobbisinin siyasi kampaniyasıdır. Gördüyümüz kimi, erməni lobbisi Azərbaycanı səsvermə, öz fikrini söyləmək hüququndan məhrum etmək üçün hər cür vasitələrə əl atır. Təəssüf ki, müxtəlif təşkilatlarda fəaliyyət göstərən avropalı siyasi xadimlər bu siyasətə uyğun hərəkət edirlər. İndi də gördüyümüz kimi, AŞPA-da, Fransa Senatında, həmçinin Avropa Parlamentində anti-Azərbaycan ritorikası səsləndirilib. Bütün bunların səbəbi odur ki, Avropa və ABŞ-da yaşayan erməni icması Qarabağın tamamilə Azərbaycanın nəzarəti altına qayıtması ilə barışa bilmir. Görünən odur ki, hələ də revanşist əhvali-ruhiyyə qalmaqdadır və ya bu yolla sadəcə az da olsa, qisas almaq istəyirlər.
Bu gün heç kimə sirr deyil ki, erməni icması anti-Azərbaycan çıxışları etməsi üçün avropalı siyasətçiləri satın alır. Əslində belə hallar ilk dəfə baş vermir. Son vaxtlar antiterror tədbirlərindən sonra bu ritorika güclənib, ən əsası, bu bəyanatlar fransız siyasətçilərin və şəxsən E.Makronun özünün dilindən daha çox səslənir. Bildiyimiz kimi, Fransada böyük erməni icması mövcuddur. Bu icmanın üzvlərinin arasında Makronun seçki kampaniyasını maliyyələşdirən şəxslər, müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri də var. Bu səbəbdən onlar öz məqsədlərini asanlıqla – fransız siyasətçilərin deyil, bu ölkədə yaşayan erməni icmasının prizmasından həyata keçirirlər
Bu yerdə haqlı olaraq belə bir sual yaranır: insan haqlarından ağız dolusu danışan avropalı siyasətçilər 1 milyon azərbaycanlının pozulmuş hüquqlarının bərpası üçün bu günə qədər Ermənistanın əleyhinə nəsə danışıblarmı? Avropa Şurasının İnsan Hüquqları üzrə məruzəçisi Dunya Myatoviçin hazırladığı hesabatda Qərbi Azərbaycanlıların pozulmuş hüquqlarından bir cümləyə belə rast gələ bilməzsiniz.
Bu gün Avropa Şurası da, onun parlamenti də özünün bu addımları ilə Fransa, Almaniya kimi dövlətlərin alətinə çevrildiklərini, açıq-aşkar oyuncaq təsisat olduqlarını bir daha isbatlamış oldular. Təbii ki, bu, günümüzdə ən çox təşkilatlanmış region olan Avropanın və onun təşkilatlarının nüfuzuna çox ciddi zərbədir. Açıq şəkildə görünən odur ki, AŞPA bu qərarları ilə işğalçı üzərində parlaq Qələbə qazanan Azərbaycandan Ermənistanın qisasını almaq istəyir. İndiki halda Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı vaxtında atılmış addımdır. Bu qurumda uzun müddət davam edən ikili standartlar, ermənipərəst mövqe, məkrli niyyət və Azərbaycana qarşı qərəzli münasibət öz məntiqi sonluğu ilə yekunlaşdı. Bir sözlə, sonda AŞPA da Fransanın başlatdığı təxribat “xoruna” qoşuldu. əvvəlcə uduzacaqlarını bilə-bilə...
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

