Beynəlxalq birliyə mesaj
04.03.2024 [15:03]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Müstəqil ölkə olaraq Azərbaycanın beynəlxalq birliyə, ayrı-ayrı təşkilatlara, suveren dövlətlərə münasibəti səmimidir və özünə qarşı da belə davranılmasını istəyir. Ölkəmizin davamlı olaraq qlobal təhdidlərə qarşı beynəlxalq həmrəyliyin gücləndirlməsinə çağırışlar etməsi hər kəsə bəllidir. Regional və qlobal əməkdaşlığa sanballı töhfələr verən respublikamızın qətiyyətli mövqeyi ondan ibarətdir ki, ölkələrarası münasibətlər qarşılıqlı maraqlara əsaslanmalı, bərabərlik gözlənilməli və burada beynəlxalq hüquq normalarına istinad edilməlidir. Ancaq təəssüf doğuran haldır ki, Azərbaycanın səmimi, beynəlxalq hüquq normalarına əsaslanan siyasət aparmasına rəğmən, biz bəzi beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin ölkəmizə münasibətlərində açıq-aşkar qərəzə yol verdiklərinin şahidi oluruq. Bu məsələni Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bir daha gündəmə gətirib.
Görüşdə dövlətimizin başçısı Azərbaycan ərazilərinin 30 il Ermənistanın işğalı altında qalması faktına diqqət çəkib. İşğal illərində ermənilər misli görünməmiş vandalizm əməlləri törədərək həmin əraziləri dağıdıblar. İşğal nəticəsində 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşüb və ölkəmiz humanitar böhranla üzləşib. Ermənistanın silahlı qüvvələri tərəfindən törədilən və bir neçə gün bundan əvvəl 32-ci ildönümü qeyd edilən Xocalı soyqırımı insanlıq faciəsidir. Dövlətimizin başçısı vurğulayıb ki, torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. Buna baxmayaraq, işğalçı ölkəyə beynəlxalq miqyasda heç bir təzyiq göstərilmədi. Azərbaycanın təcavüzkarın cilovlanması, ona qarşı sanksiyaların tətbiq edilməsi çağırışları cavabsız qalırdı.
Belə olan halda Azərbaycan düşmənin təxribatlarının qarşısını almaq üçün özü hərəkətə keçmək məcburiyyətində qaldı. 2020-ci ildə baş verən 44 günlük müharibədə Ermənistan layiqli şəkildə cəzalandırıldı. Qarşı tərəf kapitulyasiyaya məruz qaldı. Beləliklə, Azərbaycan ərazi bütövlüyünü və beynəlxalq hüququ öz gücünə təmin etdi. Ötən il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində isə respublikamız Qarabağda separatizmin kökünü kəsməyə nail oldu. Ərazi bütövlüyünü və suverenliyini təmin etmək Azərbaycan dövlətinin müstəsna hüquqdur. Burada ölkəmiz hansısa bir beynəlxalq hüquq normasını, davranış qaydalarını pozmayıb.
Əslində, Azərbaycanın etdikləri bütün beynəlxalq müstəvilərdə təqdir olunmalıdır. Çünki biz təcəvüzkarı cəzalandırmışıq. Ancaq ayrı-ayrı dövlətlər və bəzi beynəlxalq təşkilatlar Azərbaycanın suveren hüquqlarına əsaslanan siyasətinə adekvat münasibət göstərmirlər, bizi əsassız olaraq günahlandırırlar. “İndi biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq”, - deyə Prezident İlham Əliyev görüşdə vurğulayıb.
Bir sıra Qərb ölkələri, xüsusilə Fransa Azərbaycana qarşı qərəzli kampaniya aparır, işğalçı Ermənistanı, Qarabağdakı erməni separatizmini açıq-aşkar dəstəkləyir. Bütün bunlar yolverilməzdir. Dövlətimizin başçısı, həmçinin Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərarını da əsassız hesab edib. Əgər bir il ərzində nümayəndə heyətinin hüquqlarının bərpası təmin olunmasa, ölkəmiz təşkilatın üzvlüyündən çıxmaq məsələsinə baxa bilər.
Görüşdə Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələrin inkişafı məsələsi də diqqət mərkəzində olub. Almaniyanın iş adamlarının ölkəmizə diqqətini artıran çoxsaylı amillər sadalamaq mümkündür ki, bunların sırasında əlverişli iqtisadi mühiti xüsusi fərqləndirə bilərik. Azərbaycan iqtisadi müstəqilliyini yüksək səviyyədə təmin edib. Ölkə davamlı böyüyən iqtisadiyyata malikdir. Yeni iqtisadi şəraitdə Prezident İlham Əliyev milli iqtisadiyyatımızda istehsal və ixrac imkanlarının genişləndirilməsini hədəfləyən çoxsaylı fərman və sərəncamlar imzalayıb. Bəhs olunan sənədlər əsasında reallaşdırılan islahatlar respublikamızda yüksək rəqabət qabiliyyətinə malik liberal iqtisadiyyatın formalaşmasına, şəffaflığın təmin olunmasına, biznes mühitinin optimallaşmasına, büdcə daxilolmalarının artmasına münbit zəmin formalaşdırıb. Bütün bunlar ölkəmizi xarici investorlar üçün cəlbedici edir. Bu baxımdan, Almaniyanın iş adamlarının ölkəmizə marağının artması təbii qanunauyğunluqdur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

