Parlamentarizm ənənələri uğurla davam etdirilir
12.03.2024 [12:22]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Ölkəmizin Prezidenti, cənab İlham Əliyevin 10 mart 2020-ci il altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında tarixi, proqram xarakterli çıxışı bu gün tam təsdiqini tapıb. Qalib Liderimizin irəli sürdüyü siyasi iradə, başlatdığı inqilabi islahatlar kursunu uğurla həyata keçirən Milli Məclis ölkədə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə töhfələrini verir. Ölkədə yeni islahatlar kursu, parlament üzvləri qarşısında qoyulan məsuliyyətli vəzifə layiqincə, uğurla həyata keçirilir.
Prezidentimiz cənab İlham Əliyevin xeyir-duası ilə işinə başlayan VI çağırış Milli Məclis qanunun aliliyinin təminatı məqsədilə aparılan islahatların əsasında üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirir.
“Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır”.10 mart 2020-ci il tarixində VI çağırış Milli Məclisin keçirilən ilk iclasında zəmanəsinin ən parlaq liderlərindən olan dövlət başçısı cənab İlham Əliyev proqram xarakterli çıxışı ilə qarşıdakı dövrün hədəflərini açıqladı. Qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirmək və sağlam siyasi münasibətlərin bərqərar olunmasına xidmət edən sistemli islahatların həyata keçirilməsini tövsiyə edən dövlət başçısı İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan Milli Məclis keçən müddət ərzində ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə, xalqın suveren iradəsini ifadə edən, vətəndaşların rifahının yüksəldilməsinə xidmət edən qəraralara imza atdı.
Azad, demokratik parlament seçkilərindən sonra yeni formalaşan Azərbaycan Parlamenti dahi rəhbər, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan ölkəmizin parlamentarizm ənənələrini uğurla davam etdirərək qanunvericilik bazasını yeniləyir, yeni çağırışlara uyğun təşəbbüslərlə çıxış edir.
Ölkə həyatının müxtəlif sahələrində ictimai münasibətləri tənzimləyən qanunlar, qərarlar qəbul edən Milli Məclis milli maraqları ilə bağlı məsələlərdə daim prinsipial, qətiyyətli mövqe göstərir. Ən əsası, zamanın tələbinə uyğun təkmilləşən qanunverici qurum dövlətimizin strateji xətti ilə bağlı bütün məsələlərdə insan amilinə söykənən dövlət siyasətini əsas götürür. Demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində quran Azərbaycan Parlamenti milli maraqların təminatında və təhlükəsizlik mühitinin təmin edilməsində qanunvericilik sahəsində lazımi addımlar atır.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərimizdən sonra ölkələrarasında əlaqələrin inkişafında parlamentin artan rolu atılan addımlardan daha aydın görünür. Birlik, həmrəylik qanunvericilik bazasının təkmilləşdirilməsinə də öz müsbət təsirini göstərən Azərbaycan Parlamenti inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsini, ümumbəşəri demokratik prinsipləri əsas götürərək fəaliyyətini uğurla davam etdirir. Prezident cənab İlham Əliyevin proqram xarakterli tövsiyələrindən güç alan Azərbaycan Parlamenti zamanın yaratdığı yeni reallıqlar fonunda yeni dövrdə qanunvericilik sahəsində lazımi addımlar atacaq və Qalib ölkəmizin tərəqqisinə, inkişafına xidmət edəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

