Beynəlxalq forumlarla bir cərgədə
18.03.2024 [11:07]
Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlamış, açılış mərasimində Prezident İlham Əliyev Forumda iştirak edib.
Dövlətimin başçısı Forumun əhəmiyyətinə toxunaraq Bakı Qlobal Forumunun Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədə olduğunu diqqətə çatdırıb. XI Forumda 68 ölkədən 400-dən çox qonağın iştirak etdiyini, qonaqlar arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçılarının olduğunu, bunun isə Forumun nəhəng intellektual potensialına dəlalət etdiyini vurğulayıb.
Çıxışında uzun illər ərzində Azərbaycanın münaqişənin sülh yolu ilə həllini tapması üçün fəaliyyət göstərdiyini vurğulayan ölkə başçısı bildirib ki, ədalətin zəfər çalmasını istəyirdik, əfsuslar olsun ki, bu, sülh yolu ilə baş vermədi.
Prezident İlham Əliyev keçmiş Minsk qrupunun yarıtmaz fəaliyyətindən bəhs edərək bu qurumun 28 il ərzində nəticəsı sıfra bərabər olduğunu bildirib. Bu qurumun əsas məqsədinin münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistan işğalını əbədi etmək və işğalla barışmalı olduğumuzun qaçılmazlığı barədə bizimlə danışıqlar aparmaq olduğunu qeyd edib.
Təəssüf hissi ilə “Bizim münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdlərimiz uğursuz oldu”,- deyən ölkə başçısı qeyd edib ki, münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir.
Prezident İlham Əliyev ölkəmizin qeyri-qanuni işğalın qurbanı olduğunu, etnik təmizləməyə məruz qaldığını xüsusi vurğulayaraq beynəlxalq hüquq normalarını bizim tərəfimizdə olduğunu, Azərbaycan qeyri-qanuni işğala, etnik təmizləməyə və soyqırımına məruz qaldığını, ədaləti və beynəlxalq hüququ özümüzün bərpa etdiyini xüsusi olaraq vurğuladı.
Ölkə başçısı ötən ilin sentyabrında 24 saatdan da az vaxt ərzində həyata keçirdiyimiz antiterror əməliyyatının nəticəsində Azərbaycanda separatçılığa birdəfəlik son qoyulduğunu və suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdiyimizi Forum iştirakçılarının diqqətə çatdırıb.
Prezident İlham Əliyevin nitqində səsləndirdiyi fikirlərdən biri də Fransanın qərəzli mövqeyi ilə bağlı idi. Dövlət başçımız Parisin BMT başda olmaqla əksər beynəlxalq sanksiyaların tətbiqinə dair uğursuz cəhdlərini xatırlatdı: “Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi.”
Məlum olduğu kimi, bu yaxınlarda Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş vermişdir. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qalmışdı. Cənab Prezident törədilmiş vandalizm aktları barədə forum iştirakçılarını məlumatlandıraraq bildirib ki, vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktıdır. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir.
Dövlətimizin başçısı çıxışı zamanı bu il ölkəmizdə keçiriləcək COP29-un əhəmiyyətindən bəhs edərək qeyd edib ki, bu mühüm tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45

