Azərbaycan-NATO əlaqələri inkişaf edir
19.03.2024 [11:27]
Anar Abbasov
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavini
Azərbaycan özünün xarici siyasət startegiyasını həyata keçirərkən təhlükəsizlik məsələlərinə hər zaman böyük diqqət yetirir. Buna görə də, Azərbaycan müasir dünyanın ən böyük hərbi alyansı - NATO ilə əlaqələrə xüsusi önəm verir və bu əməkdaşlığı səmərəli və balanslaşdırılmış xarici siyasət üçün vacib faktor hesab edir. Məlumdur ki, Azərbaycan Respublikası ilə NATO arasında tərəfdaşlığın əsası ümummilli lider Heydər Əliyevin 4 may 1994-cü il tarixində “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramının Çərçivə Sənədinin imzalanması ilə qoyulub. 1997-ci ildə isə Azərbaycan SNT Planlaşdırma və Analiz Prosesinə qoşulub.
Ölkəmizin NATO ilə tərəfdaşlığı onun Avratlantik strukturlara inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan-NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn genişspektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapır. Azərbaycanın hərbi qanunvericiliyi NATO standartlarından faydalanaraq daha da təkmilləşdirilib.
Martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri də qarşılıqlı əməkdaşlığın müsbət dinamikasının göstəricisidir. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var: “Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”.
Öz növbəsində Yens Stoltenberq də Azərbaycanın NATO-nun uzunmüddətli tərəfdaşı olduğunu bəyan edib. O, ölkəmizin Kosovoda KFOR qüvvələrinizə verdiyi dəstəyi çox yüksək dəyərləndirib, o cümlədən Əfqanıstanda da NATO missiyasına uzun illər verdiyi töhfəni çox vacib hesab edib. Diqqət çəkən məqamlardan biri də budur ki, NATO Baş katibi çıxışında Ukrayna probleminə də toxunub. Bu ölkənin də NATO-nun tərəfdaşı olduğunu və hazırda Rusiya ilə müharibə şəraitində yaşadığını xatırladıb. O, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi alqışlayıb.
Məlumdur ki, məhz Ukrayna amilinə görə Rusiya ilə NATO arasında münasibətlər kifayət qədər gərgindir. Rusiya NATO-nun Ukraynaya hərbi dəstəyini hər zaman pisləyir. Belə bir şəraitdə, NATO-Azərbaycan əməkdaşlığının Rusiyada qıcıq yaratması da mümkündür. Lakin Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi hər zaman özünün milli maraqlarından çıxış edir. Bu mənada, Azərbaycan-NATO əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib. Azərbaycanın xarici siaysətində Rusiya ilə münasibətlər də mühüm yer tutur və bu gün hər iki tərəf əlaqələrin inkişafından məmnundur.
Bu balanslı xarici siyasət ölkəmizə yalnız faydalar gətirir. Belə bir uğura isə cənab Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində nail olunub. Özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın hazırda beynəlxalq müstəvidə mövqeləri və nüfuzu davamlı laraq möhkəmlənməkdədir. Beynəlxalq güclər Azərbaycanla hesablaşmağa məcburdur. NATO baş katibinin Cənubi Qafqaz ölkələrinə səfərinə AZərbaycandan başlaması da məhz ölkəmizin beynəlxalq nüfuzu və regionun lideri olması ilə əlaqədardır!
Xəbər lenti
Hamısına baxSosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57

