“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü
19.08.2025 [17:03]
Sərfəli xidmətləri ilə yanaşı cəmiyyətə dəyər qatan təşəbbüsləri ilə fərqlənən “Nar” Beynəlxalq Biznes Mükafatlarında “İlin Kommunikasiya və ya PR kampaniyası” nominasiyasında “Gümüş Stevie” mükafatına layiq görüldü.
“Nar”ın mükafata layiq görülən sosial layihəsi nitq və eşitmə məhdudiyyətli şəxslərə yönəlmiş “Təlim məktəbi” iştirakçıların peşə bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların əmək bazarına inteqrasiyasına və müstəqil fəaliyyət imkanlarının genişlənməsinə dəstək olur. Layihə çərçivəsində 200-dən çox gəncə müxtəlif peşələr üzrə təlim və dəstək göstərilib.
Qeyd edək ki, bu il Beynəlxalq Biznes Mükafatlarına 78 ölkədən 3800-dən çox müraciət olub. Layihələr müxtəlif ölkələri təmsil edən, ümumi tərkibi 250-dən çox mütəxəssisdən ibarət olan doqquz münsif heyəti tərəfindən dəyərləndirilib.
“Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin rəhbəri Hökümə Kərimova bildirib: “Eşitmə və nitq məhdudiyyətli şəxslərə yönəlmiş sosial layihələrimiz onların həyat keyfiyyətinin yaxşılaşmasına və cəmiyyətdə bərabər imkanların yaradılmasına mühüm töhfə verir. “Nar”ın inklüziv cəmiyyət qurmaq istiqamətində atdığı strateji addımların beynəlxalq miqyasda tanınması və nüfuzlu mükafatla dəyərləndirilməsi sosial məsuliyyət strategiyamızın uğurla həyata keçirildiyinin göstəricisidir".
“Stevie Awards” 2002-ci ildə ABŞ-da təsis olunub və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlərin və fərdlərin biznes sahəsindəki nailiyyətlərini qiymətləndirir. Mükafat qalibləri uğurlu nümunə kimi təqdim olunur. Qeyd edək ki, “Nar” bu nüfuzlu mükafata artıq üçüncü dəfə layiq görülür.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

