Formula 1 Azərbaycan Qran-Prisində “Yaşıl Post” yenidən quraşdırılıb
15.09.2024 [12:48]
Bakı Şəhər Halqası (BŞH) ətraf mühitin qorunmasına dair davamlı öhdəliyinə uyğun olaraq, Fomula 1 Azərbaycan Qran-Prisi trekinin 19-cu döngəsində “Yaşıl Post”un yenidən quraşdırılmasına qərar verib.
BŞH-nin mətbuat xidmətinin Yeniazerbaycan.com-a verilən məlumata görə, əsası keçən il qoyulmuş bu yenilikçi layihənin məqsədi avtomobil idmanının böyük populyarlığı vasitəsilə ətraf mühitin qorunması haqqında qlobal məlumatlılığı artırmaqdır.
"Yaşıl Post" motor idmanı üçün daha yaşıl, ekoloji cəhətdən daha təmiz bir gələcəyin təmin olunması ilə bağlı öhdəliyimizin rəmzi kimi çıxış edir. Bu postdakı marşallar tamamilə təkrar emal edilmiş materiallardan hazırlanmış xüsusi dizaynlı yaşıl rəngli marşal geyimləri ilə təmin olunublar. Bundan əlavə, postda istifadə olunan bütün avadanlıqlar ciddi ekoloji standartlara uyğundur, plastikdən istifadəni minimuma endirir və ekoloji cəhətdən təmiz alternativlərə üstünlük verir.
Bu təşəbbüs vasitəsilə BŞH motor idmanının ekoloji məsuliyyətin təşviqində oynadığı mühüm rolu nümayiş etdirir və Formula 1-in Ətraf Mühit, Sosial və İdarəetmə (ESG) fəaliyyəti çərçivəsində uğurlu layihə ilə çıxış edir.
Qeyd edək ki, 2019-cu ildən etibarən F1 2030-cu ilədək Net Sıfır Karbon məqsədinə çatmaq, yarışlarının keçirildiyi hər bir şəhərdə yenilik yaratmaq və idmanı inklüziv etmək məqsədilə dayanıqlılıq strategiyasını həyata keçirir.
Bakı Şəhər Halqası avtoidman dünyasını, rəsmiləri və azarkeşləri bu təşəbbüsə qoşulmağa dəvət edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30

