25 nəfərin adına olan gün!
30.04.2024 [10:34]
ADNA terrorundan 15 il ötür...
Bu gün tariximizin ən faciəvi günlərindən biridir. 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) özünün qanlı tarixini yaşadı. Bu tarix ölən və yaralananların adı ilə yadda qaldı və onların adı ilə də anılacaq. 25 nəfərin adına olan bir gün bu gündür. Həmin qanlı gündən artıq 15 il ötür...
Tədris binasına silahlı hücum zamanı universitetin ikinci korpusuna daxil olan terrorçu Fərda Qədirovun birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxanlara “Makarov” tipli tapançadan atəş açması nəticəsində müəllim və tələbələr amansızcasına qətlə yetiriliblər. Terror aktı nəticəsində 12 nəfər həlak olub, 13 nəfər ağır yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq öldürüb.
Maraqlıdır ki, hadisə 2009-cu ildə Azərbaycan büdcəsinə yüz milyonlarla dollar həcmində neft gəlirləri daxil olan günlərdə törədilib. Neft Akademiyasının hədəf olaraq seçilməsi də bu baxımdan təsadüfi görünmür. Bir sıra qonşu və uzaq dövlətlərdə bu tərəqqinin qısqanclıq doğurduğu gün kimi aydın idi. Hər halda həmin ölkələrin mediasında ölkəmizə yönəlik mənfi yüklü materiallar çoxalmışdı. Ona görə də Azərbaycanın məhz ən həssas yerindən - uğurlarının əsas qaynağı olan neftin və gəncliyin üzərindən vurulması sui-qəsd nəzəriyyəsi tərəfdarları ilə yanaşı, ayıq, soyuq düşünməyi üstün tutan analitiklərin də nəzərini şimala yönəltmişdi.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma, gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə cinayət işi başlanıb. İstintaqın məlumatına görə, cinayətin təşkilatçısı Gürcüstan vətəndaşı, erməni əsilli Mardun Qumaşyan olub. O, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb.
İstintaq hesab edib ki, Qumaşyan terrorçuluğu maliyyələşdirərək bu cinayətin təşkili və həyata keçirilməsi üçün onlara ümumilikdə 50 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib. O əvvəlcədən Fərda Qədirova 5 min ABŞ dolları məbləğində pul verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyi, eləcə də F.Qədirov tərəfindən hələ 2008-ci il noyabrın 8-də Tbilisidə odlu silah satışı mağazasından aldığı “Makarov” tipli tapança və 200 ədəddən artıq patronların qanunsuz olaraq Azərbaycana keçirilməsi barədə razılığa gəlib.
İbtidai istintaq Fərda Qədirovun ruhi xəstə olduğunu müəyyənləşdirib. O, cinayəti törətməzdən əvvəl mobil telefonu ilə video çəkib və bunu Azərbaycan cəmiyyətinə nifrət etdiyi üçün törətdiyini deyib. Qədirov Gürcüstana gəlməzdən əvvəl Rusiyada yaşayıb.
Baş verən bu terror hadisəsindən ölən və yaralananların yaxınları ilə yanaşı, bütün ölkə sarsıldı. Dəhşətli terrordan 15 il ötsə də, universitetin divarlarındakı nalələr, acılar hələ də qalmaqdadır...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

