Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Fransa neokolonial siyasətini dayandırmalı və kanak xalqının azadlığını təmin etməlidir

Fransa neokolonial siyasətini dayandırmalı və kanak xalqının azadlığını təmin etməlidir

13.06.2024 [18:17]

Fransanın Yeni Kaledoniyada əsas insan hüquqlarını pozması onun BMT Baş Assambleyasının xarici ölkələrin dekolonizasiyasına dair qətnamələrini yerinə yetirmək üçün siyasi iradəyə malik olmadığının daha bir sübutudur.

“Report” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələri və mətbuat konfransında deyib.

Onun sözlərinə görə, öz müqəddəratını təyinetmə hüququ başlıca məsələdir: "BTQ öz xalqının daha yaxşı və ləyaqətli gələcəyi üçün çalışanları dəstəkləyir".

“BTQ kanak xalqının müstəqilliyi uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək. Biz kanak xalqı ilə tam həmrəy olduğumuzu bildiririk. Onların elektoratın genişlənməsinə qarşı ədalətli mübarizəsini dəstəkləyirik. Həmçinin Fransa hakimiyyətinin təklif etdiyi düzəlişlərin ləğvini tələb edirik. Fransanı neokolonial siyasətini dayandırmağa və kanak xalqına taleyini təyin etmək azadlığını təmin etməyə çağırırıq”, - o bildirib.

Paylaş:
Baxılıb: 685 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31