Hulusi Kılıç: "Azərbaycan Silahlı Qüvvələri güc və peşəkarlıq nümunəsidir"
26.06.2024 [22:14]
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri bütün region üçün peşəkarlıq və qüdrət nümunəsidir. Əminəm ki, Azərbaycan ordusunun potensialı daha da artacaq.
Bu fikirləri Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədə nümayəndəsi Hulusi Kılıç 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə AZƏRTAC -a açıqlamasında deyib.
Onun sözlərinə görə, bacarıqlı rəhbərlik və dövlətin və xalqın hərtərəfli dəstəyi sayəsində Azərbaycan Silahlı Qüvvələri ölkəni qorumaq üçün bütün bacarıq və imkanlara malikdir.
“Dəmir yumruq sayəsində tarixi ədalət bərpa olundu, ümummilli lider Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi. Gənclər Azərbaycanın tarixi torpaqlarının erməni işğalından azad edilməsi ilə fəxr etməlidirlər”, – Kılıç bildirib.
O, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından qısa müddət sonra müasir silahlı qüvvələrin qurulmağa başladığını, milli orduda genişmiqyaslı islahatlar aparıldığını, hərbi kadrların hazırlanması sahəsində Türkiyə ilə sıx əməkdaşlıq qurulduğunu xatırladıb.
“Heydər Əliyev Azərbaycan ordusunun güclənməsi üçün əlindən gələni etdi. Silahlı Qüvvələrin formalaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir silahlarla təchiz edilməsi üçün bütün lazımi vəsaitlər ayrılıb. Bu kurs Prezident İlham Əliyev tərəfindən davam etdirilmişdir. Ermənistan üzərində tarixi qələbə bu kursun nə qədər düzgün olduğunu sübut etdi”, – deyə Kılıç bildirib.
“Şübhəsiz ki, Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malikdir. Azərbaycan ordusu dünyanın aparıcı dövlətlərinin bacarıqlarını öyrənir, o cümlədən NATO-nun aparıcı ölkələrindən birinin – Türkiyənin təcrübəsini öyrənir. Ankara öz ordusu ilə Azərbaycan Silahlı Qüvvələrinin inkişafı arasında heç bir fərq qoymur”, – Kılıç vurğulayıb.
O qeyd edib ki, Türkiyə və Azərbaycan qonşu dövlətlərə ərazi iddiası irəli sürmür, lakin düşmənlər Ankara və Bakının maraqlarına və təhlükəsizliyinə qəsd etməyin nəticələrinin tam miqyasını aydın başa düşməlidirlər:
“Bütün dünya bilir ki, Türkiyə və Azərbaycan çağırışlar və təhdidlər qarşısında güclərini birləşdirir. Bu, 1918-ci ildə Qafqaz İslam Ordusu qardaş Azərbaycanın köməyinə gələndə də belə idi, 44 günlük Vətən müharibəsi zamanı da Bakı Ankaradan açıq-aşkar diplomatik və siyasi dəstək alanda da”.
Diplomat qeyd edib ki, Şuşa Bəyannaməsi iki qardaş ölkənin əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə, o cümlədən müdafiə sahəsində yeni səviyyəyə qaldırıb.
Keçmiş səfir Türkiyə ilə Azərbaycanın həmrəyliyinin digər türk dövlətləri üçün nümunə olduğuna əminliyini ifadə edib.
Kılıç vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin nailiyyətləri, o cümlədən 44 günlük müharibə dövrü məktəb dərsliklərinə daxil edilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45

