Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
09.07.2024 [18:35]
İyulun 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə MSK-nın iyulun 6-da keçirilən iclasının protokolu təsdiq edilib. Sonra bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair məsələyə baxılıb.
Diqqətə çatdırılıb ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar olaraq, işğaldan azad edilmiş ərazilərdə məskunlaşan, eləcə də uzunmüddətli bərpa, tikinti-quruculuq və abadlıq işlərində çalışan çoxsaylı seçicilərin seçki hüquqlarının təmin edilməsi üçün həmin ərazilərdə yeni seçki məntəqələrinin yaradılması zərurətə çevrilib. Komissiya üzvlərinin məsələ ətrafında müzakirələrinin ardınca yerli və digər şərait nəzərə alınmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının vacibliyi əsas götürülərək, 84 saylı Füzuli, 118 saylı Ağdam–Xocalı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 124 saylı Şuşa–Ağdam–Xocavənd və 125 saylı Zəngilan–Qubadlı seçki dairələrinin hüdudları daxilində Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada yeni seçki məntəqələrinin yaradılması və məntəqə seçki komissiyalarının təşkili müvafiq dairə seçki komissiyalarına həvalə edilib.
Daha sonra VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Adil Abış oğlu Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Bildirilib ki, Milli Məclisin deputatı Adil Əliyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edildiyinə görə ölkə Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə əsasən deputat səlahiyyətlərinə xitam verilməlidir. MSK qeyd olunanları nəzərə alaraq qanunvericiliyə uyğun qaydada Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.
Komissiyanın iclasında Milli Məclisə növbədənkənar seçkilərdə Azərbaycan Xalq Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Cəbhə Partiyası, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası və Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə də baxılıb. Sözügedən partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.
Xarici qurum və media subyektləri nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə də baxılıb.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

