Qərbi Azərbaycan İcması ilə MÜSİAD arasında əməkdaşlıq imkanları müzakirə olunub
10.07.2024 [14:40]
Qərbi Azərbaycan İcmasında İcmanın İdarə Heyətinin sədri, VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərlinin başçılıq etdiyi nümayəndə heyəti ilə Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD Azərbaycan) nümayəndələri arasında görüş keçirildi.
İcmadan AZƏRTAC-a bildiriblər ki, Əziz Ələkbərli qonaqlara Qərbi Azərbaycan İcması barədə ətraflı məlumat verib, soydaşlarımızın geri qayıdışı istiqamətində aparılan işlərə toxunub. Bildirilib ki, İcma doğma torpaqlarından zorla qovulmuş Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı uğrunda istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə apardığı intensiv işi davam etdirir. Bu baxımdan dərnəyin nümayəndələri ilə bugünkü görüşün əhəmiyyətli olduğunu diqqətə çatdıran Ə.Ələkbərli İcmanın digər təşkilatlarla da əməkdaşlığı barədə qısa məlumat verib.
MÜSİAD-in İdarə Heyətinin sədri Rəşad Cabirli dərnəyin fəaliyyətindən ətraflı bəhs edib. Bildirib ki, 1990-cı il mayın 9-da İstanbulda qurulan, Türkiyədə 84, dünyanın 81 müxtəlif ölkəsində isə ümumilikdə 165 məntəqədən ibarət dərnək Qərbi azərbaycanlıların haqq işinə dəstək verməyə hazırdır, bununla bağlı müzakirələrin davam etdirilməsi üçün addımlar atılacaq.
İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov diqqətə çatdırıb ki, Azərbaycandakı yerli icmaların Qərbi Azərbaycan İcması ətrafında sıx birləşməsi ilə yanaşı, diasporumuzun da bu birlikdə yaxından iştirak etməsi böyük önəm daşıyır. Bu baxımdan bugünkü görüş sözügedən istiqamətdə atılan daha bir addım ola bilər.
QAİ-nin İdarə Heyəti sədrinin müavini, VI çağırış Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında bu günlərdə Türkiyənin Qars şəhərinə səfərini xatırladıb, qardaş Türkiyənin həmin bölgələrində də çoxsaylı Qərbi azərbaycanlının olduğunu, MÜSİAD-ın tərkibindəki iş adamları kimi, onların da biznes nümayəndələrinin bu prosesdə yaxından iştirak etmək üçün fəaliyyət göstərdiklərini vurğulayıb.
İcmanın Gənclər Şurasının üzvü, VI çağırış Milli Məclisin deputatı Səbinə Xasayeva isə Şuranın üzvlərinin də sözügedən əməkdaşlıqla bağlı verə biləcəyi töhfələrdən bəhs edib.
Hər iki tərəfdən çıxış edən digər iştirakçılar da QAİ ilə MÜSİAD Azərbaycan arasında bundan sonra əməkdaşlığın daha sıx şəkildə həyata keçirilməsinin konturlarını müzakirə ediblər.
Görüşdə işçi qrupunun yaradılmasına, gələcək əməkdaşlıq imkanlarının təhlilinə və təkliflərin hazırlanmasına dair razılıq əldə olunub.
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45

