/ / Türkiyəli mütəxəssis: Azərbaycanda seçkiləri müşahidəçi qismində izləyərkən prosesin demokratik mühitdə keçirildiyini görmüşəm
Türkiyəli mütəxəssis: Azərbaycanda seçkiləri müşahidəçi qismində izləyərkən prosesin demokratik mühitdə keçirildiyini görmüşəm
10.08.2024 [11:54]
“Bakıda beynəlxalq tərbirlərdə, Humanitar forumlarda iştirak etmişəm. Azərbaycana hər dəfə gələndə qardaş ölkəni daha fərqli, daha çox inkişaf etmiş formada görürəm. Seçki proseslərini də bir neçə dəfə izləmişəm. Bundan əvvəlki seçkilərdə biz beynəlxalq müşahidəçilər qrupu ilə xeyli məntəqədə olmuşuq və prosesin demokratik mühitdə keçdiyini görmüşük. Bu təcrübəyə əsaslanaraq deyə bilərəm ki, sentyabrın 1-də Milli Məclisə seçkilər də demokratik ab-havada keçəcək”.
Bu fikirləri secki-2024.az saytına açıqlamasında Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAP) prezidentinin müşaviri, Qlobal İdarəçilik və İnkişaf Təşkilatının baş direktoru Gözdə Dizdar bildirib. O qeyd edib ki, Azərbaycanın parlament seçkilərinə ciddi formada hazırlaşdığını yaxından izləyir: “Əlbəttə, parlament Türkiyədə də, qardaş Azərbaycanda da dövlətin idarə olunmasında mühüm yer tutan orqandır. Ona görə də belə bir mühüm quruma seçkilər də öz ciddiliyi ilə fərqlənməlidir. Hesab edirəm ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri kütləvilik baxımından maraqlı olacaq və əhalinin mühüm əhəmiyyətli hissəsini özünə cəlb edəcək. Görürəm ki, Azərbaycan dövləti seçkilərin demokratik şərtlərə və ədalətli prinsiplərə uyğun keçirilməsi üçün əlindən gələni edir. Tək paytaxt Bakıda deyil, hətta ən ucqar regionlarda da seçkilər üçün yaxşı şərait yaradılıb” – deyə, Dizdar bildirib.
Təşkilat sədri qeyd edib ki, bu seçkilərin həm də azad edilmiş torpaqlarda keçirilməsi onun əhmiyyətini daha da artırır: “Səhv etmirəmsə, indiki seçkilər müstəqilliyin bərpasından sonra bütün Azərbaycan ərazilərini əhatə edən ilk parlament seçkiləridir. O baxımdan tarixi hadisədir”.
G.Dizdar xatırladıb ki, bu il Azərbaycan beynəlxalq səviyyəli, kifayət qədər ciddi tədbirə - COP29-a ev sahibliyi edəcək. Bu gün bəşəriyyəti ciddi narahat edən iqlim və ekoloji problemlərin həlli yolları məhz Bakıda müzakirə olunacaq. 80 minə yaxın insan Bakıya gələcək: “Ard-arda iki böyük siyasi prosesi təşkil etmək, uğurla başa çatdırmaq hər dövlətə müyəssər olmur. Bu, Azərbaycan dövlətinin yüksək təşkilatçılıq ənənələrinin olmasını sübut edir. Azərbaycanın qarşıdan gələn hər iki mötəbər siyasi prosesi uğurla başa çatdıracağına əminik”.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

