Bakıda TDT-yə üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə panel keçirilib
03.05.2025 [20:38]
Bakıda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə bütün türk dünyasında, xüsusən də, Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrdə ortaq ideya, ideal, gələcək və ortaq fəaliyyətin müzakirə olunduğu panel toplantı keçirilib. Tədbirin açılışında Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Yeniazerbaycan.com yerli mənbələrə istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından dəvət edilən nümayəndələr iştirak ediblər.
Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib. O bildirib ki, paneldən əvvəl Türkiyə və Azərbaycanın ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Akif Aşırlı Türk Dövlətləri Təşkilatı çərçivəsində qeyri-türk dövlətlərində yaşayan türklərin qayğı və problemləri ilə məşğul olacaq ayrıca bir strukturun yaradılmasını təklif edib: "Bu qurum Borçalıda, Suriyada və digər dövlətlərdə yaşayan türkləri özündə birləşdirməlidir".
Qazaxıstan Türk Akademiyasının sədr müavini Aksat Kesikbayev isə "Ortaq Türk tarixi" kitabının yazılması üzrə həyata keçirilən işlərdən danışıb: "1991-ci ildə SSRİ-nin süqutundan sonra Ortaq Türk əlifbasının yaradılması təklifi gündəmə gətirilib. Daha sonra Türk Akademiyasının tərkibində bu məqsədlə komissiya yaradılıb. 2023-cü ildə Astanada, 2024-cü ildə isə Bakıda bu komissiyanın iclası keçirilib. Nəhayət komissiya Ortaq Türk əlifbası məsələsində razılığa gəlib. Türk Akademiyasının daha bir layihəsi isə "Ortaq Türk tarixi" kitabının yazılmasıdır. Bu fəaliyyət təkcə keçmişə deyil, həm də gələcəyə hesablanıb. Həmin istiqamətdə fəaliyyət Türk dövlətləri ilə ortaq fəaliyyət formasında həyata keçiriləcək. Türk dünyasının birliyi üçün təkcə tarixi deyil, həm də siyasi, iqtisadi və hərbi əməkdaşlığın gücləndirilməsi son dərəcə zəruridir".
Türk Dövlətləri Təşkilatının Macarıstan Təmsilçiliyinin icraçı direktoru Balazs Hendrik isə ölkəsinin Türk Dövlətləri Təşkilatının fəaliyyətindəki rolunun önəmindən bəhs edib:
"Macarıstan Şərq və Qərb arasında körpü rolunu oynayır. Türk Dövlətləri Təşkilatının Budapeştdəki ofisi Avropa İttifaqı və Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasındakı təşəbbüsləri dəstəkləyən bir qurumdur. Bu təşkilat Avropanın mərkəzində bizim ortaq dəyərlərimizin qorunmasına xidmət edir. Bu qurum vasitəsilə biz mədəniyyət və digər sahələrdə əlaqələrimizi gücləndirə bilərik. Təmsil etdiyim ölkə məhz buna çalışmaqdadır. Bugünkü panel bizə birliyin heç də mücərrəd anlayış olmadığını deməyə əsas verir. Macarıstan Türk Dövlətləri Təşkilatına üzv olmaqdan qürur duyur. Bizim ölkəmiz Avropada Böyük Türk Mədəniyyətini təmsil edir".
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun isə toplantıya göndərdiyi videomüraciətdə sözügedən tədbirin Türk dünyasının firavanlığı naminə uğurlu olmasını arzulayıb: “Dildə birlik əlaqələrimizi və qarşılıqlı anlaşmanı gücləndirmək, bu dilin daşıyıcısı olan nəsilləri yaşatmaq deməkdir. Fikirdə və əməldə birlik isə gənclərin bacarıqlarının inkişafından texnoloji yeniliklərədək hər sahədə birlikdə addımlamaq mənasına gəlir. Yuxarıda bəhs etdiyim məsuliyyət sayəsində hazırkı panel müzakirəsinin intellektual potensialımızı zənginləşdirməklə yanaşı, daha əmin addımlarla irəliləməyimizə ilham qaynağı olmasını arzu edirəm".
Tədbirdə çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarın xüsusi məsləhətçisi Gökhan Güler Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə 3 may – Türkçülük Günü münasibətilə Heydər Əliyev Mərkəzində keçirilən “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi’’ adlı panel iclasında Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən forumda Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlər bizi çox bəxtiyar etdi.
Şimali Kiprin Azərbaycandakı Nümayəndəliyinin statusunun yüksəldilməsini zəruri saydığını vurğulayıb.
"Bu gün birliyimiz, həmrəyliyimiz çox vacibdir". Bu fikirləri Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə mayın 3-də Bakıda keçirilən toplantıda deyib.
Səfir vurğulayıb ki, Türk dünyası ortaq hədəflərə doğru inamla irəliıəyir və regionda, dünyada sülhü, sabitliyi dəstəkləməkdə davam edir.
"Türkiyə və Azərbaycan qlobal problemlərin həllinə dəstək verməyə hər zaman hazırdır və bu siyasəti uğurla davam etdirir", -deyə Birol Akgün deyib.
Qeyd edək ki, tədbir Azərbaycanın əməkdar artisti, bəstəkar Turan Manafzadənin konsert çıxışı ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

